Yüklənir
Əsas məzmuna keç

Korporativ həllər

Tibb bacısı çağırış sistemi

Tibb bacısı çağırış sistemi - xəstə çağırışlarının tibb bacılarına yönləndirilməsini və real vaxtda izlənilməsini təmin edən tibb bacısı çağırış sistemidir.

Tibb bacısı çağırış sistemi

Layihə haqqında

Tibb bacısı çağırış sistemi xəstənin çağırışı ilə bağlı çarpayıdan tibb bacısına qədər bütün prosesi vahid platformada idarə edən tibb bacısı çağırış sistemidir. Xəstə palatada və sanitar qovşaqda quraşdırılmış çağırış və təcili yardım düymələri, həmçinin simsiz çağırış qolbağı vasitəsilə çağırış edə bilər. Zərbə sensoru ilə təchiz edilmiş qolbaq xəstənin yerə yıxılması halında bildirişin avtomatik göndərilməsini təmin edir. Daxil olan çağırış dispetçer panelində əks olunur və dispetçer tərəfindən müvafiq tibb bacısına təyin edilir. Tibb bacısı çağırış barədə məlumatı daşıdığı simsiz qəbuledici vasitəsilə səs və vibrasiya formasında əldə edir. Eyni zamanda, palatanın qapısı üzərində yerləşən işıq indikatoru aktivləşir və çağırış dəhlizdəki displeydə əks olunur. Sistem çağırışların qəbulunu, təyinatını və icrasını vahid mərkəzdən idarə etməyə və izləməyə imkan verir. Hər bir çağırış otaq və ya çarpayı üzrə müəyyən edilir, çağırışın növü və cari statusu real vaxt rejimində əks olunur. Çağırışlar prioritet səviyyəsinə uyğun olaraq idarə edilir və dispetçerə bir neçə çağırışı paralel şəkildə idarə etmək imkanı verilir. Rəhbərlik üçün çağırışların qəbul və icra müddətləri, çağırışlara vaxtında reaksiya göstəriciləri və digər KPI-lar üzrə hesabatlar formalaşdırılır və məlumatların ixracı təmin edilir. İstifadəçi səlahiyyətləri rollara uyğun olaraq müəyyən edilir, sistemdə həyata keçirilən bütün əməliyyatlar audit jurnalında qeydə alınır. Cihaz inventarı və personalın təyinatları da sistem daxilində idarə olunur. Sistem brauzer vasitəsilə kompüter və mobil cihazlarda istifadə edilə bilir və Azərbaycan dilində fəaliyyət göstərir.

Sistemin məqsədi

  • Xəstə çağırışlarına reaksiya vaxtını qısaltmaq
  • Xəstə təhlükəsizliyini və tibbi xidmətin keyfiyyətini artırmaq
  • Heç bir çağırışın nəzarətsiz qalmamasını təmin etmək
  • Dispetçer və tibb bacıları arasında əlaqəni sürətləndirmək, iş prosesini sadələşdirmək
  • Rəhbərliyə dəqiq statistika və KPI göstəriciləri əsasında qərar qəbul etmək imkanı yaratmaq
  • Klinikanın çağırış sistemini vahid, təhlükəsiz və genişlənə bilən platformada birləşdirmək

Əsas funksiyalar

  • Mərkəzləşdirilmiş qəbul - Palatalardan və sanitar qovşaqlardan daxil olan bütün çağırışlar vahid dispetçer panelində real vaxt rejimində göstərilir, prioritetli çağırışlar vizual olaraq seçilir
  • Təyinatın və icranın izlənməsi - Dispetçer çağırışı müvafiq tibb bacısına təyin edir, çağırışın statusu qəbuldan icraya qədər ardıcıl izlənilir
  • Simsiz bildiriş və siqnalizasiya - Tibb bacısı çağırışı simsiz qəbuledici vasitəsilə səs və vibrasiya ilə alır, palata qapısındakı lampa və dəhlizdəki displey isə çağırışı vizual olaraq göstərir
  • Yıxılmanın avtomatik aşkarlanması - Xəstə qolbağındakı zərbə sensoru xəstənin yerə yıxılması halında bildiriş göndərir
  • Statistika və hesabatlar. Qəbul və icra müddətləri, vaxtında reaksiya göstəriciləri üzrə KPI hesabatları formalaşdırılır, məlumatlar ixrac edilə bilir
  • Təhlükəsizlik və audit - Rol əsaslı giriş hüquqları tətbiq edilir, sistemdə aparılan bütün əməliyyatlar audit jurnalında qeydə alınır