Yüklənir
Əsas məzmuna keç

Korporativ həllər

eVisit

eVisit - quruma gələn qonaqların dəvətini, təsdiqini və nəzarətli girişini bir sistemdə birləşdirən korporativ qonaq idarəetmə platformasıdır.

eVisit

Layihə haqqında

eVisit qurumların ərazisinə gələn qonaqların qəbulunu əvvəldən axıra rəqəmsallaşdıran korporativ platformadır. Kağız jurnallar, telefon zəngləri və əl ilə tutulan siyahılar əvəzinə qonaq qəbulunun bütün mərhələləri - dəvət, təsdiq, buraxılış, giriş, çıxış və hesabat - vahid elektron axında birləşir. Əməkdaş görüşü iki addımlı sihirbazla planlaşdırır: mövzunu, vaxtı, görüşülən şəxsi, qonaqları və onların avtomobillərini qeyd edir. Sorğu səlahiyyətli şəxsə göndərilir; o, gözləyən sorğuları bir ekranda görür və bir kliklə təsdiqləyir və ya səbəb göstərməklə imtina edir. Təsdiqdən dərhal sonra hər qonağa e-poçtla fərdi, imzalanmış QR buraxılış göndərilir; çoxgünlük görüşlərdə QR bütün müddət ərzində etibarlıdır. Nəzarət məntəqəsində post əməkdaşı QR-ı oxuyur və ekranda qonağın şəklini, görüşünü, etibarlılıq müddətini və avtomobilini görür. Birinci postda qonaq identifikasiya olunur və şlaqbaum açılır, ikinci postda giriş icazəsi verilir və qonaq turniketdən keçir. Hər əməliyyat dəyişməz keçid qeydi kimi saxlanılır, ona görə qonağın harada olduğu hər an dəqiq məlumdur. Rəhbərlik binada kimin olduğunu, kimin gözlənildiyini və kimin çıxdığını canlı icmal panelində izləyir, giriş-çıxış tarixçəsini və digər hesabatları PDF və Excel formatında endirir. Sistem çox-qurumlu arxitekturada qurulub: hər qurumun məlumatı tam təcrid olunur, istifadəçilər qurumun vahid giriş (SSO) sistemi ilə daxil olur, icazələr rollar üzrə verilir. İnterfeys Azərbaycan, ingilis və rus dillərində işləyir, kompüter, planşet və telefona uyğunlaşır.

Sistemin məqsədi

  • Kağız jurnalları və əl ilə aparılan siyahıları vahid elektron sistemlə əvəz etmək I
  • Quruma yalnız təsdiqlənmiş və identifikasiya olunmuş qonaqların daxil olmasını təmin etmək
  • Dəvətdən girişə qədər gözləmə vaxtını və məntəqədəki növbələri azaltmaq
  • «Kim, nə vaxt, nə etdi?» sualına cavab verən tam audit izi yaratmaq
  • Binada kimin olduğunu, kimin gözlənildiyini və kimin çıxdığını istənilən an bilmək
  • Əməkdaş, təsdiq edən, post əməkdaşı və qonaq üçün sadə və hər cihazda işləyən interfeys təqdim etmək

Əsas funksiyalar

  • İki addımlı sihirbazla görüş, qonaqlar və avtomobillər qeyd olunur; tanınan qonağın məlumatı FİN üzrə avtomatik doldurulur, yarımçıq görüş qaralama kimi saxlanır
  • Gözləyən sorğular bir ekranda toplanır; təsdiq və ya səbəbli imtina bir kliklə verilir, təsdiq edən yeni sorğudan e-poçtla xəbər tutur
  • Təsdiqdən sonra hər qonağa e-poçtla imzalanmış, təkrarlanmayan QR göndərilir; çoxgünlük görüşdə QR bütün müddət ərzində etibarlıdır
  • QR oxunur, qonaq şəkli ilə tanınır; şlaqbaum, giriş icazəsi, turniket və çıxış ardıcıl olaraq qeydə alınır
  • Bugünkü görüşlər, binadakı qonaqlar və əsas göstəricilər real vaxtda görünür; vaxtı keçən qonaq barədə xəbərdarlıq avtomatik gəlir
  • Giriş-çıxış tarixçəsi, binada olanlar, bölmələr və qonaqlar üzrə hesabatlar PDF və Excel-də; hər əməliyyat dəyişməz audit jurnalında qalır