Korporativ həllər
eSandig
eSandig - fiziki və elektron arxivi vahid sistemdə birləşdirən, hər sənədin uçotunu və nəzarətini təmin edən Elektron Arxiv İdarəetmə Sistemidir.
eSandig
Layihə haqqında
eSandig təşkilatın arxiv fondunun yaradılmasından sənədlərin məhvinə və ya təhvilinə qədər bütün həyat dövrünü əhatə edən Elektron Arxiv İdarəetmə Sistemidir. Arxiv fondu Fond, Siyahı, İş və Sənəd səviyyələrində strukturlaşdırılır, nomenklatura və saxlanma müddətləri mərkəzləşdirilmiş soraqçalar əsasında idarə olunur. Hər sənəd üçün elektron kart yaradılır: arxiv nömrəsi, sənəd üzərindəki nömrələr, növ, kateqoriya, tarix, məxfilik səviyyəsi, açar sözlər, fayl versiyaları və sənədlərarası əlaqələr bir yerdə saxlanılır. Fiziki arxiv sistemdə bina və ya otaq, şkaf, rəf, qutu və saxlama vahidi (iş) səviyyələrindən ibarət iyerarxiya şəklində modelləşdirilir. Hər saxlanma yeri və saxlama vahidi üçün QR və barkod etiketləri generasiya olunur. Sənədlərin yerləşdirilməsi skaner, mobil kamera və ya manual qaydada aparılır. İnventarizasiya üçün sistemdə inventarizasiya qeydi yaradılır, saxlama vahidləri skaner ilə oxunaraq inventarizasiya edilir və nəticələr tarixçə ilə saxlanılır. Beləliklə, sənədin fiziki olaraq harada olduğu, kimə və nə vaxt verildiyi, elektron surətinin mövcudluğu bir baxışla görünür. Skan edilmiş sənədlər OCR (optik simvol tanıma) vasitəsilə mətnə çevrilir və axtarıla bilən hala gətirilir. Süni intellekt alətləri sənədlərin məzmununu analiz edərək avtomatik icmal, açar sözlər və təsnifat təklif edir, məxfi məlumatları aşkarlayıb maskalayır. AI nəticələri yalnız məsul istifadəçi tərəfindən təsdiqləndikdən sonra sənəd kartına tətbiq olunur, bu da avtomatlaşdırma ilə nəzarət arasında tarazlığı təmin edir. Sənədlərə baxış, yükləmə və fiziki istifadə üçün müraciətlər rol əsaslı təsdiq axınından keçir, müddətli icazələr verilir, fiziki istifadəyə verilmiş sənədlərin qaytarılması nəzarətdə saxlanılır və gecikmələr barədə avtomatik bildirişlər göndərilir. Saxlanma müddəti bitən sənədlər avtomatik aşkarlanaraq ekspertizaya yönləndirilir, ekspertiza qərarları və məhv aktları sistemdə qeydə alınır. Çoxkriteriyalı axtarış, hazır hesabatlar və Excel ixracı idarəetmə qərarlarını dəstəkləyir. MEIS ilə tək giriş, rol və modul əsaslı icazələr və dəyişdirilməz audit jurnalı sistemin təhlükəsiz və şəffaf istismarını təmin edir. Sistem Azərbaycan dilində, açıq və qaranlıq tema ilə, mobil cihazlara uyğun veb interfeysə malikdir.
Sistemin məqsədi
- Fiziki və elektron arxivi bir sistemdə birləşdirmək
- Sənədin fiziki yerini və elektron surətini sürətlə tapmağı təmin etmək
- Kağız sənədləri axtarıla bilən elektron məlumata çevirmək
- Sənədlərə çıxışı rol əsaslı icazələrlə tənzimləmək, məxfiliyi qorumaq
- Saxlanma, ekspertiza və məhv proseslərini qanunvericiliyə uyğun icra etmək
- Əməliyyatları audit jurnalında qeydə alıb hesabatlılığı təmin etmək
Əsas funksiyalar
- Arxiv fondu Fond, Siyahı, İş və Sənəd iyerarxiyası üzrə strukturlaşdırılır, nomenklatura və saxlanma müddətləri mərkəzləşdirilmiş idarə olunur
- Hər sənəd üçün elektron kart yaradılır
- Fiziki saxlanma yerləri (bina, şkaf, rəf, qutu) QR və barkod etiketləri ilə qeydə alınır, inventarizasiya skaner ilə aparılır
- Skan edilmiş sənədlər OCR ilə mətnə çevrilir, süni intellekt icmal, açar söz və təsnifat təklif edir, məxfi məlumatları maskalayır
- Sənədlərə çıxış rol əsaslı təsdiq axını ilə tənzimlənir, fiziki sənədlərin qaytarılması nəzarətdə saxlanılır
- Saxlanma müddəti bitən sənədlər ekspertizaya yönləndirilir, hesabatlar Excel-ə ixrac olunur, əməliyyatlar audit jurnalında qeydə alınır
Bu istiqamətdə digər layihələr
- eSənədAzərbaycan Respublikasında kargüzarlığın aparılmasına dair Təlimata uyğun olaraq sənəd dövriyyəsinin idarə edilməsini təmin edən sistem.
- Mərkəzləşdirilmiş Elektron İnformasiya SistemiVətəndaşların qəbulunun elektron qaydada aparılmasını, müraciətlərin qeydiyyatını və arxivləşdirilməsini təmin edən altsistem.
- "Mavi Kod" Təcili Xəbərləşmə Sistemi“Mavi Kod”- həyat i təhlükəli vəziyyətlər zamanı çağırışların operativ ötürülməsini, real vaxt rejimində izlənilməsini və idarə olunmasını təmin edən vahid çağırış və monitorinq sistemidir.
- AgXAgX - ismarıcları, zəngləri, görüşləri və iş proseslərini bir tətbiqdə birləşdirən, təşkilatın öz serverində işləyən vahid ünsiyyət platformasıdır.
- Tibb bacısı çağırış sistemiTibb bacısı çağırış sistemi - xəstə çağırışlarının tibb bacılarına yönləndirilməsini və real vaxtda izlənilməsini təmin edən tibb bacısı çağırış sistemidir.
- eVisiteVisit - quruma gələn qonaqların dəvətini, təsdiqini və nəzarətli girişini bir sistemdə birləşdirən korporativ qonaq idarəetmə platformasıdır.