Xidmətlər
İT təhlükəsizlik və audit xidmətləri
Məlumatların mühafizəsi, sistemlərin sabitliyi və fəaliyyətlərin şəffaflığı üçün güclü nəzarət mexanizmləri.
AISTGroup informasiya təhlükəsizliyinin təmin olunması və texniki infrastrukturun nəzarətdə saxlanılması sahəsində geniş xidmətlər təqdim edir. Təhlükəsizlik tədbirləri yalnız sistemlərin qorunması deyil, həm də hüquqi uyğunluğun və istifadəçi etibarının təmin edilməsinə xidmət edir. Audit xidmətləri vasitəsilə informasiya sistemlərində baş verən proseslər izlənilir, risklər qiymətləndirilir və fəaliyyətlərin ardıcıllığı sənədləşdirilir.
Nə hazırlayırıq
- 01
Giriş nəzarəti və identifikasiya sistemləri
- İstifadəçi rollarının və icazələrinin idarə olunması
- İki mərhələli identifikasiya (2FA) və parol siyasətləri
- Avtorizasiya protokolları (OAuth2, SAML və s.)
- Gücləndirilmiş elektron imza texnologiyasının sistemlərə inteqrasiyası
- 02
Verilənlərin mühafizəsi və şifrələmə
- Məlumatların tranzit və saxlanması halında şifrələnməsi
- Ehtiyat nüsxələrin şifrəli saxlanması
- Məlumat sinifləndirmə və məxfi informasiyanın idarəedilməsi
- 03
Audit və loqlaşdırma sistemləri
- İstifadəçi və sistem fəaliyyətlərinin izlənməsi
- Əsas əməliyyatların və dəyişikliklərin qeydiyyatı
- Mərkəzləşdirilmiş log menecment sistemlərinin qurulması
- 04
Risklərin qiymətləndirilməsi və uyğunluq
- Təhlükəsizlik boşluqlarının və zəifliklərin təhlili
- ISO/IEC 27001:2013 standartı üzrə sertifikatlı informasiya təhlükəsizliyi idarəetmə sistemi
- Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunu və digər normativ aktlara uyğunluq
- İnformasiya təhlükəsizliyi üzrə siyasət və daxili nəzarət mexanizmlərinin hazırlanması
İş prinsiplərimiz
İlkin qiymətləndirmə
Sistemlər, giriş hüquqları və şəbəkə zəiflik baxımından yoxlanılır, aşkarlanan risklər siyahıya alınır.
Texnoloji baza
İşlətdiyimiz texnologiyalar.
Verilənlər bazaları
İnfrastruktur
DevOps və alətlər
Təhlükəsizlik və standartlar
Elasticsearch
Log axtarışı və təhlili
Bu, əsas xətlərdir: hər layihədə həll konkret tələbə görə seçilir.
Digər xidmətlər
- Sistemlərin hazırlanmasıBiznesinizə uyğun, sıfırdan hazırlanmış proqram sistemləri: sadə modullardan mürəkkəb analitika platformalarınadək.
- Bulud xidmətləri və infrastrukturDaha çevik, daha etibarlı və daha miqyaslana bilən sistemlər üçün bulud texnologiyalarına keçid.
- Texniki dəstək və müşayiətYalnız proqram təminatı ilə kifayətlənmirik sistemlərinizin davamlı və sabit işləməsinə daimi nəzarət edirik.
Layihənizi danışaq.
Texniki tapşırığınız hazırdırsa da, yalnız ideya mərhələsindədirsə də yazın.