Yüklənir
Əsas məzmuna keç

Korporativ həllər

Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi

Vətəndaşların qəbulunun elektron qaydada aparılmasını, müraciətlərin qeydiyyatını və arxivləşdirilməsini təmin edən altsistem.

Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi

Layihə haqqında

Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) təşkilatların məlumat və resurslarının vahid platformada effektiv idarə edilməsini, informasiyanın toplanması, işlənməsi, saxlanması, axtarışı və idarə olunmasını, həmçinin təhlükəsiz məlumat mübadiləsini təmin edən informasiya sistemidir. Sistem istifadəçilərə özləri haqqında toplanmış məlumatlarla tanış olmaq və onları idarə etmək, təşkilat üzrə elan və təbriklər yerləşdirmək, ideyaların toplanması üçün fikir bankından, elektron kitabxanadan və planlama təqvimindən istifadə etmək imkanı yaradır. MEİS həmçinin dəstək xidmətlərinin göstərilməsi və izlənilməsi üçün Yardım masası, istifadəçilərin qeydiyyatı və səlahiyyətlərinin idarə edilməsi, eləcə də proqram təminatları üzrə vahid identifikasiya platformasını özündə birləşdirir.

Sistemin məqsədi

  • Təşkilatların məlumatlarını və resurslarını vahid platformada idarə etmək
  • Təhlükəsiz məlumat mübadiləsini təmin etmək
  • Təşkilatın fəaliyyət istiqamətlərinə uyğun olaraq informasiyanın vahid sistem üzərində toplanmasını, işlənməsini, saxlanmasını, axtarışını və idarə edilməsini təmin etmək

Əsas funksiyalar

  • İstifadəçinin özünə dair sistemdə toplanmış məlumatlarla tanış olması və həmin məlumatları idarə etməsi
  • Təşkilat üzrə elanların və təbriklərin verilməsi
  • İdeyaların toplanması üçün fikir bankının təqdim edilməsi
  • Elektron kitabxananın təqdim edilməsi
  • Planlama üçün təqvimin təqdim edilməsi
  • Dəstək xidmətlərinin göstərilməsi və izlənilməsi üçün Yardım masasının təqdim edilməsi
  • İstifadəçilərin qeydiyyata alınması və onlara səlahiyyətlərin verilməsi
  • Providing a unified identification platform for software used or planned to be used within the organization