Yüklənir
Əsas məzmuna keç

Korporativ həllər

eSənəd

Azərbaycan Respublikasında kargüzarlığın aparılmasına dair Təlimata uyğun olaraq sənəd dövriyyəsinin idarə edilməsini təmin edən sistem.

eSənəd

Layihə haqqında

eSənəd - Elektron sənəd dövriyyəsi sistemi qurumlarda kargüzarlığın elektron formada təşkilini və sənədlərlə iş proseslərinin avtomatlaşdırılmasını təmin edən informasiya sistemidir. Sistem Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununun və Azərbaycan Respublikası Prezidentinin 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun hazırlanmışdır. Sistem vasitəsilə kənar təşkilat və şəxslərdən daxil olan sənədlərin qeydiyyata alınması, icrası və göndərilməsi, həmçinin qurumdaxili yazışmaların elektron şəkildə həyata keçirilməsi təmin edilir. eSənəd sənədlərlə iş proseslərinin sistemli şəkildə idarə olunmasına və kargüzarlıq fəaliyyətinin elektronlaşdırılmasına imkan yaradır.

Sistemin məqsədi

  • Qurumlarda kargüzarlığın elektron formada təşkilini təmin etmək
  • Sənədlərlə iş prosesinin avtomatlaşdırılmasını təmin etmək
  • Kənar təşkilatlar və ya şəxslərdən daxil olan sənədlərin qeydiyyata alınmasını, icrasını və göndərilməsini təmin etmək
  • Qurumdaxili yazışmaların həyata keçirilməsini təmin etmək

Əsas funksiyalar

  • Daxil olan sənədlərin qeydiyyata alınması
  • Sənədlərin icrasının təmin edilməsi
  • Sənədlərin göndərilməsi
  • Qurumdaxili yazışmaların həyata keçirilməsi