Yüklənir
Əsas məzmuna keç

Korporativ həllər

AgX

AgX - ismarıcları, zəngləri, görüşləri və iş proseslərini bir tətbiqdə birləşdirən, təşkilatın öz serverində işləyən vahid ünsiyyət platformasıdır.

AgX

Layihə haqqında

AgX təşkilatın bütün daxili ünsiyyətini bir tətbiqdə toplayır: kanallar və söhbətlər, səsli və video zənglər, planlaşdırılmış görüşlər, formalar və süni intellekt köməkçisi. Məlumat təşkilatın öz serverində qalır. Məkanlar şöbə, layihə və ya müştəri üçün öz kanalları və üzvləri ilə qurulur, hər müzakirə öz mövzusunda aparılır, qonaqlar isə yalnız icazə verilən yerləri görür. Formalar, qərarlar, sorğular və xatırlatmalar kanalın içindədir, istifadəçi başqa tətbiqə keçmir. Bir hesabla Web, masaüstü, Android və iPhone-da eyni tarixçə, parametrlər və bildirişlərlə işləmək olur.

Sistemin məqsədi

  • İsmarıc, zəng, görüş və formanı bir tətbiqdə birləşdirmək, başqa xidmətə keçmək ehtiyacını aradan qaldırmaq
  • Məlumatı təşkilatın öz serverində saxlamaq
  • Web, masaüstü, Android və iPhone-da eyni hesab, eyni tarixçə və eyni bildirişləri təmin etmək
  • Müzakirələri məkan, kanal və mövzu üzrə təşkil etmək, müştərilərə yalnız icazə verilən yerləri göstərmək
  • İş proseslərini kanalın içində aparmaq
  • İdarəetməni və təhlükəsizliyi təmin etmək: audit, iki mərhələli doğrulama, təhlükəsizlik xəbərdarlıqları

Əsas funksiyalar

  • Açıq, qapalı və elan kanalları, mövzular, şəxsi və qrup söhbətləri, qonaqlar
  • Formatlaşdırma, reaksiyalar, fayllar, səsli ismarıclar, planlaşdırma, oxunma təsdiqi, axtarış
  • Səsli və video zənglər, ekran paylaşımı, birgə lövhə, canlı subtitrlər, zəng yazıları və süni intellektlə protokol, dəvət keçidləri
  • Formalar və qərarlar, şablonlar, sorğular, süni intellekt köməkçisi, yoxluq və avtomatik cavab, vebhuklar və əmrlər
  • Push bildirişlər, gələn zəngin telefonun zəng ekranında görünməsi, oflayn növbə, PIN kilidi, avtomatik yenilənmə
  • İstifadəçilər, qonaqlar, fayl anbarı, audit jurnalı, brendinq, tətbiqlərin buraxılışı