Korporativ həllər
"Mavi Kod" Təcili Xəbərləşmə Sistemi
“Mavi Kod”- həyat i təhlükəli vəziyyətlər zamanı çağırışların operativ ötürülməsini, real vaxt rejimində izlənilməsini və idarə olunmasını təmin edən vahid çağırış və monitorinq sistemidir.
"Mavi Kod" Təcili Xəbərləşmə Sistemi
Layihə haqqında
Mavi Kod - Mərkəzi Gömrük Hospitalında həyati təhlükəli vəziyyətlərə operativ reaksiya verilməsini təmin etmək məqsədilə hazırlanmış vahid çağırış və monitorinq sistemidir. Sistem mobil tətbiq və veb platformadan ibarət olmaqla, çağırışların real vaxt rejimində ötürülməsini, izlənilməsini və idarə olunmasını təmin edir. Çağırış daxil olduqda müvafiq məlumatlar dərhal cavabdeh əməkdaşlara ötürülür. Mobil tətbiq vasitəsilə çağırışın vaxtı, şöbə, mərtəbə və otaq məlumatları, eləcə də cari statusu təqdim olunur. Əməkdaş “Məlumatı aldım” düyməsi vasitəsilə çağırışı qəbul etdiyini təsdiqləyir. Veb platforma üzərindən daxil olan çağırışlar, hadisədən keçən vaxt və hadisənin yeri mərtəbə planı üzərində real vaxt rejimində izlənilir. Yeni çağırışlar səsli bildiriş vasitəsilə istifadəçilərə çatdırılır. Platforma çağırışların mərkəzləşdirilmiş şəkildə monitorinqini və idarə olunmasını təmin edir. Sistem istifadəçilərin rol və səlahiyyətlərinə uyğun giriş hüquqlarının tənzimlənməsinə imkan verir. Bu yanaşma sistem funksiyalarına çıxışın müəyyən edilmiş səlahiyyətlər çərçivəsində idarə olunmasını təmin edir.
Sistemin məqsədi
- Operativ reaksiya - Həyati təhlükəli vəziyyətlərdə cavabdeh əməkdaşların hadisədən tez xəbər tutması
- Məlumatın dərhal çatdırılması - Çağırış məlumatının vaxt itirmədən düzgün əməkdaşlara ötürülməsi
- Hadisə yerinin aydın göstərilməsi - Şöbə, mərtəbə və otağın plan üzərində göstərilməsi ilə əməkdaşların hadisə yerinə vaxt itirmədən çatması
- Mərkəzləşdirilmiş nəzarət - Bütün çağırışların vahid veb platformada izlənilməsi və idarə olunması
- Məsuliyyətli reaksiya - Əməkdaşın məlumatı aldığını mobil tətbiqdə təsdiqləməsi
- Nizamlı və təhlükəsiz idarəetmə - Sistemə çıxışın rol və səlahiyyətlərə görə tənzimlənməsi, mövcud iş proseslərinə uyğun işləməsi
Əsas funksiyalar
- Real vaxt bildirişi - Çağırış daxil olan kimi məlumat cavabdeh əməkdaşlara dərhal ötürülür
- Hadisənin yeri planda - Şöbə, mərtəbə və otaq məlumatı ilə yanaşı hadisənin yeri mərtəbə planı üzərində nöqtə ilə göstərilir
- Səsli bildiriş - Yeni çağırışlar səsli bildirişlə müşayiət olunur ki, hadisə diqqətdən yayınmasın
- Vaxt sayğacı - Hər çağırış üçün hadisədən keçən vaxt saniyəbəsaniyə göstərilir
- Mərkəzləşdirilmiş veb panel - Bütün çağırışlar bir siyahıda izlənilir, hər çağırışın kodu, vaxtı, şöbəsi, mərtəbəsi və otağı görünür
- Mobil tətbiqdə təsdiq - Əməkdaş mobil nömrə və PIN kodla daxil olur və “Məlumatı aldım” düyməsi ilə çağırışı aldığını təsdiqləyir
Bu istiqamətdə digər layihələr
- eSənədAzərbaycan Respublikasında kargüzarlığın aparılmasına dair Təlimata uyğun olaraq sənəd dövriyyəsinin idarə edilməsini təmin edən sistem.
- Mərkəzləşdirilmiş Elektron İnformasiya SistemiVətəndaşların qəbulunun elektron qaydada aparılmasını, müraciətlərin qeydiyyatını və arxivləşdirilməsini təmin edən altsistem.
- AgXAgX - ismarıcları, zəngləri, görüşləri və iş proseslərini bir tətbiqdə birləşdirən, təşkilatın öz serverində işləyən vahid ünsiyyət platformasıdır.
- Tibb bacısı çağırış sistemiTibb bacısı çağırış sistemi - xəstə çağırışlarının tibb bacılarına yönləndirilməsini və real vaxtda izlənilməsini təmin edən tibb bacısı çağırış sistemidir.
- eSandigeSandig - fiziki və elektron arxivi vahid sistemdə birləşdirən, hər sənədin uçotunu və nəzarətini təmin edən Elektron Arxiv İdarəetmə Sistemidir.
- eVisiteVisit - quruma gələn qonaqların dəvətini, təsdiqini və nəzarətli girişini bir sistemdə birləşdirən korporativ qonaq idarəetmə platformasıdır.