Yüklənir
Əsas məzmuna keç

Korporativ həllər

Orunet

Orunet - kadr proseslərinin vahid mühitdə idarə edilməsini, rəsmi əmrlərin avtomatik formalaşdırılmasını və kadr uçotu üzrə hesablamaların avtomatlaşdırılmasını təmin edən rəqəmsal insan resursları platformasıdır.

Orunet

Layihə haqqında

Orunet qurumun bütün kadr proseslərini vahid mühitdə birləşdirən rəqəmsal insan resursları platformasıdır. Sistemin əsasında sadə, lakin fundamental bir prinsip dayanır: işçi ilə bağlı hər bir dəyişiklik rəsmi əmrə əsaslanır. İşə qəbul, təyinat, məzuniyyət, ezamiyyət, xitam, intizam və həvəsləndirmə kimi onlarla əmr növü hazır şablonlar əsasında avtomatik formalaşdırılır. Sistem Azərbaycan dilinin qrammatikasına uyğun şəkilçiləri özü əlavə edir, mətn imzalanmazdan əvvəl sərbəst redaktə oluna bilir və hazır sənəd bir kliklə PDF və ya Word formatında alınır. Platforma yalnız sənəd hazırlamır, qanunvericiliyin tələb etdiyi hesablamaları da tam avtomatlaşdırır. Məzuniyyət qalığı iş illəri üzrə dəqiq izlənilir, bayram günlərinə görə məzuniyyətin uzadılması nəzərə alınır. İşə xitam verilərkən kompensasiya işlənmiş müddətə mütənasib şəkildə hesablanır. İş vaxtı tabeli istehsalat təqvimi, məzuniyyət, ezamiyyət və xəstəlik məlumatlarına əsasən avtomatik qurulur. Nəticədə insan resurslarını idarə edən müvafiq struktur bölmə rutin hesablamalardan azad olur, səhv riski isə minimuma enir. Sistemdə atılan hər bir addım qeydə alınır: əməliyyatın kim tərəfindən, nə vaxt və hansı əmrlə icra edildiyi daimi izlənilir. Yekunlaşmış əmrlərə sonradan müdaxilə edilə bilmir, hər hansı düzəliş yalnız yeni rəsmi əmrlə həyata keçirilir. Bu yanaşma həm daxili nəzarəti gücləndirir, həm də kadr uçotunun yoxlamalara daim hazır olmasını təmin edir.

Sistemin məqsədi

  • Kadr proseslərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə uyğun aparılmasını təmin etmək
  • Kadr əmrlərinin hazır şablonlar əsasında, dövlət dilinin qrammatik qaydalarına uyğun formalaşdırılması, kadr şöbəsinin əl əməyinin və səhv ehtimalının azaldılması
  • Məzuniyyət hüququnun və qalığının, iş vaxtı tabelinin, ezamiyyət və xəstəlik dövrlərinin qanunla müəyyən edilmiş qaydalara uyğun avtomatik hesablanması
  • İşçiyə dair bütün məlumatın vahid kartda toplanması, hər dəyişikliyin rəsmi əmrə əsaslanması və tam izləmə tarixçəsi ilə saxlanılması
  • Rollara əsasən giriş hüquqlarının məhdudlaşdırılması, hər qurumun məlumatlarının bir-birindən təcrid edilməsi, bütün əməliyyatların audit jurnalında qeydə alınması
  • Aktual kadr məlumatlarının filtrlərlə hazırlanan hesabatlar şəklində təqdim edilməsi, idarəetmə qərarlarının dəqiq məlumata əsaslanmasına dəstək

Əsas funksiyalar

  • Anket, təhsil, iş təcrübəsi, ailə tərkibi, digər məlumatlar, sənədlər və fotoşəkil vahid rəqəmsal kartda qorunur
  • Bölmələr, vəzifələr və ştat vahidləri iyerarxik (ağac) şəklində idarə olunur, vakant yerlər aydın vizuallaşdırılır
  • Hazır şablonlar, düzgün qrammatik şəkilçilər, mətnin əl ilə redaktəsi imkanı və rəsmi çıxarışların formalaşdırılması
  • İş illəri üzrə qalıqların hesablanması, məzuniyyət qrafikinin tutulması, əlavə məzuniyyətlərin və bayram günlərinin tətbiqi
  • İşçinin faktiki iş dövrü, istehsalat təqvimi və yoxluqlar əsasında avtomatik formalaşır
  • Rollara uyğun giriş hüquqları, məlumatların tam təcrid olunması və əməliyyatların dəqiq audit jurnalı təmin edilir