Yüklənir
Əsas məzmuna keç

Korporativ həllər

Halga

Halga - IP-telefoniyanı, CRM-i və müştəri müraciətlərini vahid mühitdə birləşdirən çağrı mərkəzi platformasıdır.

Halga

Layihə haqqında

Halga müəssisənin öz infrastrukturunda (on-premise) fəaliyyət göstərən çağrı mərkəzi və müştəri xidməti platformasıdır. Platforma IP-telefoniyanı, omnikanal ünsiyyəti, CRM sistemini və müraciətlərin qeydiyyatını vahid mühitdə birləşdirərək müştəri xidmətlərinin mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin edir. Kodlaşdırma tələb etmədən qurulan zəng ssenariləri və dinamik formalar, həmçinin plugin mexanizmi platformanın müxtəlif müştərilərin iş proseslərinə uyğunlaşdırılmasına imkan verir.

Sistemin məqsədi

  • Müştərilərlə bütün ünsiyyət kanallarını vahid platformada cəmləşdirmək
  • Operatorların iş səmərəliliyini artırmaq və müraciətlərə cavab müddətini azaltmaq
  • Təkrarlanan prosesləri (IVR, kütləvi zənglər, sorğular) avtomatlaşdırmaq
  • Zəng ssenarilərini və formaları proqramçı cəlb etmədən, vizual alətlərlə qurmağa imkan vermək
  • Xidmət keyfiyyətinə nəzarəti zəng yazıları, audit və hesabatlar vasitəsilə təmin etmək
  • Məlumatların müəssisənin öz infrastrukturunda təhlükəsiz saxlanmasını və sistemin pluginlərlə asan genişləndirilməsini təmin etmək

Əsas funksiyalar

  • Telefoniya və zənglərin idarə olunması - daxil olan və çıxan zənglər, növbələr, nömrələr və xətlər, zənglərin yazılması, zəng tarixçəsi və axtarışı
  • Flow Builder və zəng kampaniyaları - IVR ssenarilərinin vizual qurulması, kütləvi çıxış zəngləri və sorğuların (survey) aparılması
  • Form Builder - kod yazmadan dinamik formaların və sahələrin yaradılması, doldurulmuş formaların saxlanması, axtarış konstruktoru və formaların xarici API-lərlə əlaqələndirilməsi
  • Omnikanal ünsiyyət - çat, messencer kanalları, e-poçt və push bildirişləri, real vaxt rejimində yenilənmələr
  • CRM və müraciətlərin idarə olunması - lead, kontakt, şirkət və sövdələşmələr, müraciətlərin qeydiyyatı və izlənməsi, qeydlər və bilik bazası
  • İdarəetmə, hesabatlar və inteqrasiyalar - rollar və icazələr, operator statusları və fasilələri, audit jurnalı, analitik panellər; pluginlər vasitəsilə xarici sistemlərlə inteqrasiya, nitqin tanınması və sintezi, süni intellekt əsaslı səsli assistent