Yüklənir
Əsas məzmuna keç

Portal və mobil həllər

Təhsil Krediti portalı

TTKF-in veb-səhifəsinin yaradılması və əməliyyat sisteminin qurulması.

Təhsil Krediti portalı

Layihə haqqında

Bu portal, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanına və Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən yaradılmışdır. e-ttkf.edu.az portalı, Təhsil Tələbə Krediti Fondunun fəaliyyətini rəqəmsallaşdırmaq, tələbələrin təhsil kreditlərinə müraciət prosesini asanlaşdırmaq və şəffaflığı təmin etmək məqsədilə qurulmuşdur.

Əsas funksiyalar:

  • Müraciətlərin elektron qəbulu: Tələbələr portal vasitəsilə təhsil kreditlərinə müraciət edə bilərlər;
  • Məlumatların mərkəzləşdirilməsi: Təhsil müəssisələri və banklarla inteqrasiya olunaraq məlumatların vahid platformada toplanması və idarə olunması;
  • Kredit növlərinin idarə olunması: Sosial və standart təhsil tələbə kreditlərinin şərtlərinə uyğun olaraq müraciətlərin qiymətləndirilməsi və təsdiqlənməsi;
  • Şəffaflıq və izləmə: Tələbələr müraciətlərinin statusunu real vaxt rejimində izləyə bilərlər.