Yüklənir
Əsas məzmuna keç

Portal və mobil həllər

Mənzillərin Satışı Portalı

Mənzillərin elektron qaydada satışını və bronlaşdırılmasını təmin edən portal.

Mənzillərin Satışı Portalı

Layihə haqqında

“Mənzillərin Satışı Portalı” Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2021-ci il tarixli 1487 nömrəli Fərmanına əsasən istifadəsiz qalan mənzillərin elektron satışını təmin edən portaldır. Portal vasitəsilə müvafiq sifariş əsasında inşa edilmiş və istifadəsiz qalan mənzillərin satışı həyata keçirilir. Satışdan əldə olunan vəsait digər bölgələrdə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir.

Sistemin məqsədi

  • İstifadəsiz qalan mənzillərin elektron qaydada satışını təmin etmək
  • Satışdan əldə olunan vəsaitin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilməsinə şərait yaratmaq
  • Mənzillərin satışı prosesini rəqəmsallaşdırmaq

Əsas funksiyalar

  • Mənzillərin onlayn satışının həyata keçirilməsi
  • Mənzillərin ünvanı, sahəsi, otaq sayı, mərtəbəsi, təmir vəziyyəti və qiyməti barədə məlumatların təqdim edilməsi
  • “ASAN Login” vasitəsilə sistemə giriş
  • İstifadəçilər üçün şəxsi kabinetin yaradılması
  • Mənzili ilk seçən şəxsin avtomatlaşdırılmış qaydada müəyyən edilməsi
  • Mənzili almaq hüququ qazanan şəxsin dərhal məlumatlandırılması