Yüklənir
Əsas məzmuna keç

Portal və mobil həllər

myEV.az

"myEVaz" elektrikli nəqliyyat vasitələri üçün şarj idarəetmə sistemi.

myEV.az

Layihə haqqında

myEV.az - elektromobil sahibləri və şarj stansiyası operatorları üçün hazırlanmış rəqəmsal platformadır. Platforma ictimai və özəl şarj stansiyalarının idarə edilməsini, monitorinqini və istifadəsini asanlaşdırır. İstifadəçilər real vaxt rejimində şarj stansiyalarının yerini və mövcudluğunu görə, stansiyaları əvvəlcədən bron edə və ödənişi onlayn həyata keçirə bilərlər. Özəl şarj stansiyası sahibləri enerji sərfiyyatını izləyə, bronları idarə edə və stansiyanın fəaliyyətinə nəzarət edə bilirlər. Platforma həmçinin istifadə və gəlir statistikalarının təhlili, istifadəçi və enerji sərfiyyatı məlumatlarının toplanması, elektron poçt vasitəsilə bildirişlərin göndərilməsi və şarj prosesi, bronlar və digər yeniliklər barədə ani bildirişlərin alınması imkanlarını təqdim edir.

Sistemin məqsədi

  • "Elektrik avtomobil sahibləri və şarj stansiyası operatorları üçün rəqəmsal platforma yaratmaq
  • İctimai və şəxsi şarj stansiyalarının idarə olunmasını, izlənməsini və istifadəsini asanlaşdırmaq
  • Şarj stansiyalarından istifadənin, rezervasiyanın və ödənişlərin rəqəmsal şəkildə həyata keçirilməsini təmin etmək

Əsas funksiyalar

  • Şarj stansiyalarının real vaxtda xəritədə göstərilməsi və mövcudluğunun yoxlanılması
  • Şarj stansiyalarının əvvəlcədən bron edilməsi və tətbiq vasitəsilə onlayn ödəniş
  • Şəxsi şarj stansiyalarında enerji istifadəsinin izlənilməsi və rezervasiyaların idarə edilməsi
  • İstifadəçi və enerji sərfiyyatı statistikalarının toplanması və təhlili
  • Ziyarətçilərlə bağlı məlumatların təhlükəsiz saxlanılması
  • Şarj prosesi, rezervasiya təsdiqləri və digər yeniliklər barədə ani bildirişlərin göndərilməsi