Portal və mobil həllər
e-Sosial.az
"DOST" mərkəzləri vasitəsilə göstərilən sosial xidmətləri əhatə edən portal və mobil tətbiq.
e-Sosial.az
Layihə haqqında
“e-Sosial.az” vətəndaşlara sosial təminat və müdafiə, əmək, məşğulluq, pensiya, müavinət, əlillik və digər sosial hüquqları ilə bağlı məlumatlara real vaxt rejimində elektron çıxış imkanı yaradan portaldır. Portal 16 elektron altsistem və 2 reyestri özündə birləşdirir və Android və iOS mobil tətbiqləri vasitəsilə xidmətlərə daha rahat çıxış təmin edir. İstifadəçilər portal və mobil tətbiqlər vasitəsilə əmək müqavilələri, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik və reabilitasiya ilə bağlı məlumatlarına elektron qaydada baxa bilirlər.
Sistemin məqsədi
- Vətəndaşlara sosial təminat və müdafiə, əmək, məşğulluq, pensiya, müavinət, əlillik və digər sosial hüquqları ilə bağlı məlumatlara real vaxt rejimində çıxış imkanı yaratmaq
- Sosial məlumatlara elektron çıxışı və xidmətlərdən istifadənin əlçatanlığını təmin etmək
- Vətəndaşların əmək və sosial təminat məlumatlarını vahid platformada təqdim etmək
Əsas funksiyalar
- Əmək müqavilələri barədə məlumatlara baxış
- Fərdi uçot məlumatlarına baxış
- Pensiya kapitalı barədə məlumatlara baxış
- Sosial təminat növləri barədə məlumatlara baxış
- Android və iOS mobil tətbiqləri vasitəsilə xidmətlərə çıxış
Mükafatlar
9 mükafat2023–2025
- 2025"İcma və ya Assosiasiya (Veb saytlar)" nominasiyası üzrə mükafatGlobal Tech Award — Community or Association (Websites)Global Tech AwardsMənbə
- 2025"Veb sayt – dövlət" kateqoriyası üzrə qızıl mükafatAVA Digital Awards — Government Website (Gold)AVA Digital AwardsMənbə
- 2025"Best Digital Government Platform" kateqoriyası üzrə beynəlxalq mükafatGlobal Banking & Finance Awards — Best Digital Government PlatformGlobal Banking & Finance ReviewMənbə
Bu istiqamətdə digər layihələr
- myEV.az"myEVaz" elektrikli nəqliyyat vasitələri üçün şarj idarəetmə sistemi.
- Sorğu platforması Kütləvi və ünvanlanmış sorğuların keçirilməsini, mobil tətbiq vasitəsilə sorğuların təşkilini və nəticələrin sistemli təhlilini təmin edən platforma və portal.
- Elektron Səhiyyə Vətəndaşlar və tibb işçiləri üçün elektron tibbi xidmətlərə çıxışı təmin edən mobil tətbiq.
- Mənzillərin Satışı PortalıMənzillərin elektron qaydada satışını və bronlaşdırılmasını təmin edən portal.
- Əngəlsiz Həyat portalıƏlilliyi olan şəxslərin yaradıcılıq nümunələrinin sərgilənməsi və satışını təmin edən portal.
- e-Telebe portalıSosial həssas ailələrdən olan tələbələrin təhsil haqqı ödənişləri üzrə müraciətlərini və ödəniş prosesini idarə edən portal.