Yüklənir
Əsas məzmuna keç

Portal və mobil həllər

Elektron Səhiyyə

Vətəndaşlar və tibb işçiləri üçün elektron tibbi xidmətlərə çıxışı təmin edən mobil tətbiq.

Elektron Səhiyyə

Layihə haqqında

Elektron Səhiyyə mobil tətbiqi vətəndaşlara və tibb işçilərinə elektron tibbi xidmətlərə asan və sürətli çıxış imkanı yaradan rəqəmsal platformadır. Tətbiq vasitəsilə istifadəçilər elektron xəstəlik vərəqələrini əldə və çap edə, elektron epikrizlərə və müalicə məlumatlarına, həmçinin həkimlər tərəfindən yazılmış elektron reseptlərə çıxış əldə edə bilirlər. Tibb işçiləri sertifikasiya şəhadətnamələrini elektron formada əldə edə və davamlı tibbi təhsil çərçivəsində il ərzində topladıqları kredit ballarını fərdi inkişaf planlarına əlavə edə bilirlər. Platforma həmçinin tibb müəssisələrində mərkəzləşdirilmiş işə qəbul prosesinin elektron formada həyata keçirilməsini təmin edir.

Sistemin məqsədi

  • Vətəndaşlara və tibb işçilərinə elektron tibbi xidmətlərə asan və sürətli çıxış imkanı yaratmaq
  • Elektron tibbi məlumatların və sənədlərin əldə edilməsini təmin etmək
  • Tibb müəssisələrində işə qəbul prosesinin elektron formada həyata keçirilməsini təmin etmək

Əsas funksiyalar

  • Elektron xəstəlik vərəqələrinin əldə edilməsi və çapı
  • Elektron epikrizlərin və xəstəlik tarixçəsi məlumatlarının əldə edilməsi
  • Elektron reseptlərin təqdim edilməsi
  • Sertifikasiya şəhadətnamələrinin əldə edilməsi
  • Həkimlərin fərdi inkişaf planları üzrə kredit ballarının yerləşdirilməsi
  • Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində mərkəzləşdirilmiş işə qəbul prosesinin elektron formada həyata keçirilməsi