Yüklənir
Əsas məzmuna keç

Portal və mobil həllər

Əngəlsiz Həyat portalı

Əlilliyi olan şəxslərin yaradıcılıq nümunələrinin sərgilənməsi və satışını təmin edən portal.

Əngəlsiz Həyat portalı

Layihə haqqında

“Əngəlsiz Həyat” portalı əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq nümunələrinin təqdim edilməsi, əl işlərinin sərgilənməsi və satışının həyata keçirilməsi üçün rəqəmsal mühit təqdim edən platformadır. Portal vasitəsilə istifadəçilərin hazırladığı əl işləri haqqında məlumatların yerləşdirilməsi, məhsulların nümayiş etdirilməsi və satış proseslərinin elektron şəkildə həyata keçirilməsi təmin olunur.

Sistemin məqsədi

  • Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq nümunələrini cəmiyyətə tanıtmaq
  • Bu şəxslərin iqtisadi fəaliyyətə inteqrasiyasını təmin etmək
  • Əl işlərinin sərgilənməsi və satışını həyata keçirmək üçün rəqəmsal mühit təqdim etmək

Əsas funksiyalar

  • Əl işlərinin platformada elektron sərgisinin təşkili
  • Əl işlərinin satışa çıxarılması
  • İstifadəçilərin qeydiyyatdan keçirilməsi və profillərinin yaradılması
  • Satışdan əldə olunan gəlirin vergilər çıxıldıqdan sonra istifadəçinin bank hesabına köçürülməsi