Portal və mobil həllər
e-Telebe portalı
Sosial həssas ailələrdən olan tələbələrin təhsil haqqı ödənişləri üzrə müraciətlərini və ödəniş prosesini idarə edən portal.
e-Telebe portalı
Layihə haqqında
“e-Tələbə” portalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarına əsasən yaradılmışdır. Portal sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi prosesinin rəqəmsal şəkildə idarə olunmasını təmin edir.
Sistemin məqsədi
- Sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi prosesini rəqəmsallaşdırmaq
- Təhsil haqqı ödənişləri prosesini şəffaf şəkildə idarə etmək
Əsas funksiyalar
- Tələbələrin təhsil haqqı ödənişi üçün elektron müraciət etməsi
- Müraciət edən şəxsin sosial statusunun avtomatik yoxlanılması
- Müraciət edən şəxslər barədə digər məlumatların aidiyyəti qurumların informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılması
- Təsdiqlənmiş müraciətlər üzrə təhsil haqqı ödənişlərinin sistem tərəfindən həyata keçirilməsi
Bu istiqamətdə digər layihələr
- myEV.az"myEVaz" elektrikli nəqliyyat vasitələri üçün şarj idarəetmə sistemi.
- Sorğu platforması Kütləvi və ünvanlanmış sorğuların keçirilməsini, mobil tətbiq vasitəsilə sorğuların təşkilini və nəticələrin sistemli təhlilini təmin edən platforma və portal.
- Elektron Səhiyyə Vətəndaşlar və tibb işçiləri üçün elektron tibbi xidmətlərə çıxışı təmin edən mobil tətbiq.
- e-Sosial.az "DOST" mərkəzləri vasitəsilə göstərilən sosial xidmətləri əhatə edən portal və mobil tətbiq.
- Mənzillərin Satışı PortalıMənzillərin elektron qaydada satışını və bronlaşdırılmasını təmin edən portal.
- Əngəlsiz Həyat portalıƏlilliyi olan şəxslərin yaradıcılıq nümunələrinin sərgilənməsi və satışını təmin edən portal.