Portal və mobil həllər
e-KOB evi portalı
KOB subyektləri üçün dövlət və biznes xidmətlərinə vahid elektron çıxış imkanı yaradan portal.
e-KOB evi portalı
Layihə haqqında
“e-KOB evi” portalı Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən yaradılmışdır. Portal sahibkarlıq fəaliyyəti üçün zəruri olan məlumatların, o cümlədən normativ hüquqi aktlar, vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr barədə məlumatların mərkəzləşdirilmiş qaydada əldə edilməsini, dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin elektron formada həyata keçirilməsini təmin edir. Dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması və “bir pəncərə” prinsipi əsasında təqdim edilməsi portal vasitəsilə həyata keçirilir.
Sistemin məqsədi
- Sahibkarlıq fəaliyyəti üçün zəruri olan məlumatların mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq
- Dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin elektron formada həyata keçirilməsini təmin etmək
- Normativ hüquqi aktlar, vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr barədə məlumatları mərkəzləşdirilmiş şəkildə təqdim etmək
- Dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılmasını təmin etmək
- Xidmətlərin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsini təmin etmək
Əsas funksiyalar
- KOB-ların müştərilərlə qarşılıqlı əlaqələrinin idarə edilməsi
- Təchizat zəncirlərinin idarə edilməsi
- Ödənişlərin elektron formada həyata keçirilməsi
- Sahibkarların dövlət orqanları ilə qarşılıqlı əlaqəsinin təmin edilməsi
- Dövlət orqanları tərəfindən göstərilən xidmətlərə elektron müraciətlərin təqdim edilməsi
- Elektron müraciətlərin qəbul edilməsi və cavablandırılması
Bu istiqamətdə digər layihələr
- myEV.az"myEVaz" elektrikli nəqliyyat vasitələri üçün şarj idarəetmə sistemi.
- Sorğu platforması Kütləvi və ünvanlanmış sorğuların keçirilməsini, mobil tətbiq vasitəsilə sorğuların təşkilini və nəticələrin sistemli təhlilini təmin edən platforma və portal.
- Elektron Səhiyyə Vətəndaşlar və tibb işçiləri üçün elektron tibbi xidmətlərə çıxışı təmin edən mobil tətbiq.
- e-Sosial.az "DOST" mərkəzləri vasitəsilə göstərilən sosial xidmətləri əhatə edən portal və mobil tətbiq.
- Mənzillərin Satışı PortalıMənzillərin elektron qaydada satışını və bronlaşdırılmasını təmin edən portal.
- Əngəlsiz Həyat portalıƏlilliyi olan şəxslərin yaradıcılıq nümunələrinin sərgilənməsi və satışını təmin edən portal.