Dövlət sistemləri
Zəfər İnformasiya Sistemi
Şəhidlər, müharibə veteranları və onların ailə üzvləri barədə məlumatların idarə edilməsini və sosial xidmətlərin göstərilməsini təmin edən sistem.
Zəfər İnformasiya Sistemi
Layihə haqqında
“Zəfər İnformasiya Sistemi” şəhidlər, müharibə veteranları və onların ailə üzvləri haqqında məlumatların mərkəzləşdirilmiş qaydada idarə olunmasını, sosial təminat və digər dəstək xidmətlərinin göstərilməsi ilə bağlı məlumatların elektron şəkildə idarə edilməsini təmin edən informasiya sistemidir.
Sistemin məqsədi
- Şəhidlər, müharibə veteranları və onların ailə üzvləri haqqında məlumatların mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin etmək
- Sosial təminat və digər dəstəklərin şəffaf və operativ şəkildə göstərilməsini təmin etmək
- Sosial xidmətlərin proaktiv şəkildə göstərilməsini təmin etmək
Əsas funksiyalar
- Şəhidlər, müharibə veteranları və onların ailə üzvləri haqqında məlumatların vahid platformada toplanması və idarə olunması
- Sosial təminat və digər dəstəklərin göstərilməsi
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi ilə inteqrasiya
- Müharibə veteranlarına Prezidentin aylıq təqaüdünün operativ şəkildə təyin olunması
- Digər sosial xidmətlərin proaktiv şəkildə göstərilməsi
Bu istiqamətdə digər layihələr
- Yol Reyestri və Aktivlərin İdarəedilməsiAvtomobil yolları və yol infrastrukturunun vahid dövlət reyestrini və qanunvericiliyin tələb etdiyi texniki pasportlaşdırılmasını təmin edən, digər bütün yol sistemləri üçün master data mənbəyi rolunu oynayan informasiya sistemi.
- Onlayn Növbə və Qonaq Qəbulu SistemiQonaqların qəbul və qeydiyyat proseslərini idarə edən, qəbul məlumatlarının izlənilməsini və müxtəlif aspektlər üzrə təhlilini təmin edən sistem.
- Tibbi Arayış və Statistik Kart SistemiTibbi arayışların elektronlaşdırılmasını və statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını təmin edən, vətəndaşlara müxtəlif tibbi arayışları elektron formada əldə etməyə imkan verən sistem.
- Tibbi Tullantıların Uçot SistemiTullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi üzrə uçotun aparılmasını və məlumatların elektron şəkildə idarə edilməsini təmin edən informasiya sistemi.
- Həkim Sertifikasiya İmtahanı SistemiHəkimlərin sertifikasiya sınaqların onlayn keçirilməsi üçün proqram təminatı.
- Kök Hüceyrə Donorları Uçot SistemiKök hüceyrəsi donorları ilə işlərin təşkili istiqamətində uçot sistemi.