Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

Kök Hüceyrə Donorları Uçot Sistemi

Kök hüceyrəsi donorları ilə işlərin təşkili istiqamətində uçot sistemi.

Kök Hüceyrə Donorları Uçot Sistemi

Layihə haqqında

Kök hüceyrəsi donorları ilə işlərin təşkili və donor məlumatlarının uçotunun aparılması proseslərini rəqəmsallaşdırmaq məqsədilə qurulmuş informasiya sistemidir. Sistem üzrə biznes analiz aparılmış, funksional tələblər formalaşdırılmış və qurulacaq altsistemlər üzrə prototip və dizaynlar hazırlanmışdır. Sistem kök hüceyrəsi donorlarının qeydiyyatı, laboratoriya nəticələrinin işlənilməsi, hesabatlılıq, müraciətlərin qəbulu və sorğuların emalı, məlumatların aktuallığının təmin edilməsi və məlumatlandırma proseslərini əhatə edən altsistemlərdən ibarətdir. Həmçinin müvafiq inteqrasiyalar həyata keçirilmiş, müraciətlərin qəbulu və axının idarə edilməsi sistemlərindən istifadə hüquqlarının verilməsi təmin edilmişdir. Məlumatlandırma altsistemi vasitəsilə 200 min SMS bildiriş imkanının yaradılması nəzərdə tutulmuşdur.

Sistemin məqsədi

  • Kök hüceyrəsi donorları üzrə uçot sisteminin qurulmasını təmin etmək
  • Kök hüceyrəsi donorları ilə bağlı proseslərin elektron idarə edilməsini təmin etmək
  • Donorlar, laboratoriya nəticələri, müraciətlər və digər məlumatların vahid sistem üzərindən idarə edilməsini təmin etmək

Əsas funksiyalar

  • Kök hüceyrəsi donorlarının qeydiyyata alınması
  • Laboratoriya nəticələrinin işlənilməsi
  • Hesabatların hazırlanması
  • Sistemlərarası inteqrasiyaların həyata keçirilməsi
  • Müraciətlərin qəbulu sistemindən istifadə hüquqlarının verilməsi
  • Məlumatlandırma və SMS bildirişlərinin göndərilməsi;
  • Məlumatların aktuallığının təmin edilməsi
  • Axının idarə edilməsi sistemindən istifadə hüquqlarının verilməsi