Dövlət sistemləri
Həkim Sertifikasiya İmtahanı Sistemi
Həkimlərin sertifikasiya sınaqların onlayn keçirilməsi üçün proqram təminatı.
Həkim Sertifikasiya İmtahanı Sistemi
Layihə haqqında
Həkimlərin sertifikasiya prosesini tam rəqəmsallaşdırmaq, prosesin şəffaflığını və əlçatanlığını təmin etmək məqsədilə hazırlanmış proqram təminatıdır. Sistem şəxsi kabinet, imtahan, ödəniş inteqrasiyası, admin və statistika modullarını özündə birləşdirir. İstifadəçilər “Elektron səhiyyə” portalı və ya “asan login” vasitəsilə sistemə daxil olaraq Tibbi Kadrların Vahid Reyestrindəki (TKVR) məlumatlar əsasında identifikasiya olunur. İmtahan modulu vasitəsilə keçirilmiş imtahan nəticələrinə baxmaq, yeni imtahana qeydiyyatdan keçmək və nəticələri izləmək mümkündür. Sistemə inteqrasiya olunmuş onlayn ödəniş funksiyası ödəniş prosesini elektron şəkildə həyata keçirməyə imkan verir. Admin və statistika modulları isə idarəetmə, monitorinq və hesabatların hazırlanması üçün funksional imkanlar təqdim edir. Sistem Tibbi Kadrların Vahid Reyestri (TKVR) ilə tam inteqrasiya olunmuşdur.
Sistemin məqsədi
- Həkimlərin sertifikasiya prosesini tam rəqəmsallaşdırmaq
- Sertifikasiya prosesində şəffaflığı təmin etmək
- Sertifikasiya prosesinə əlçatanlığı təmin etmək
Əsas funksiyalar
- “Elektron səhiyyə” portalı və “ASAN Login” vasitəsilə sistemə giriş
- TKVR məlumatları əsasında istifadəçilərin identifikasiyası
- Keçirilmiş imtahan nəticələrinə baxış
- Yeni imtahanlara elektron qeydiyyat
- İmtahan nəticələrinin izlənilməsi
- Onlayn ödənişlərin həyata keçirilməsi
- İdarəetmə və monitorinq imkanlarının təqdim edilməsi
- Tibbi Kadrların Vahid Reyestri (TKVR) ilə inteqrasiya
Bu istiqamətdə digər layihələr
- Yol Reyestri və Aktivlərin İdarəedilməsiAvtomobil yolları və yol infrastrukturunun vahid dövlət reyestrini və qanunvericiliyin tələb etdiyi texniki pasportlaşdırılmasını təmin edən, digər bütün yol sistemləri üçün master data mənbəyi rolunu oynayan informasiya sistemi.
- Onlayn Növbə və Qonaq Qəbulu SistemiQonaqların qəbul və qeydiyyat proseslərini idarə edən, qəbul məlumatlarının izlənilməsini və müxtəlif aspektlər üzrə təhlilini təmin edən sistem.
- Tibbi Arayış və Statistik Kart SistemiTibbi arayışların elektronlaşdırılmasını və statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını təmin edən, vətəndaşlara müxtəlif tibbi arayışları elektron formada əldə etməyə imkan verən sistem.
- Tibbi Tullantıların Uçot SistemiTullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi üzrə uçotun aparılmasını və məlumatların elektron şəkildə idarə edilməsini təmin edən informasiya sistemi.
- Kök Hüceyrə Donorları Uçot SistemiKök hüceyrəsi donorları ilə işlərin təşkili istiqamətində uçot sistemi.
- Donor İdarəetmə SistemiDonorlar, resipiyentlər və donor orqanlar üzrə məlumatların vahid dövlət informasiya sistemində idarə edilməsini təmin edən sistem.