Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

Tibbi Arayış və Statistik Kart Sistemi

Tibbi arayışların elektronlaşdırılmasını və statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını təmin edən, vətəndaşlara müxtəlif tibbi arayışları elektron formada əldə etməyə imkan verən sistem.

Tibbi Arayış və Statistik Kart Sistemi

Layihə haqqında

Tibbi arayışların elektronlaşdırılması və statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını təmin edən proqram təminatıdır. Sistem vasitəsilə vətəndaşlar müxtəlif tibbi arayışları, o cümlədən işə qəbul, ali məktəb, kollec və liseylərə qəbul zamanı tələb olunan sağlamlıq haqqında arayışları, həmçinin sürücülük vəsiqəsinin əldə edilməsi üçün sürücülüyə yararlı olmaq barədə tibbi arayışı elektron formada əldə edə bilərlər. Sistem həmçinin stasionardan çıxanın statistik kartının (TQS № 066) və sürücülüyə yararlı olmaq barədə tibbi arayışın (TQS № 083) elektron qaydada təqdim edilməsini təmin edir.

Sistemin məqsədi

  • Tibbi arayışların elektronlaşdırılmasını təmin etmək
  • Statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını təmin etmək
  • Vətəndaşların müxtəlif tibbi arayışları elektron formada əldə etməsini təmin etmək

Əsas funksiyalar

  • Stasionardan çıxanın statistik kartının (TQS № 066) elektron formada verilməsi
  • Sürücülüyə yararlı olmaq barədə tibbi arayışın (TQS № 083) elektron formada verilməsi
  • İşə qəbul olunanlar üçün sağlamlıq haqqında arayışın elektron formada əldə edilməsi
  • Ali məktəblərə, kolleclərə və liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında arayışın elektron formada əldə edilməsi
  • Sürücülük vəsiqəsinin əldə edilməsi üçün tələb olunan sürücülüyə yararlı olmaq haqqında arayışın elektron formada əldə edilməsi
  • Statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanması