Dövlət sistemləri
Yardım İnformasiya Sistemi
İşsiz şəxslərə birdəfəlik ödənişlərin təyin və ödənilməsini avtomatlaşdıran informasiya sistemi.
Yardım İnformasiya Sistemi
Layihə haqqında
“Yardım İnformasiya Sistemi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən hazırlanmış rəqəmsal platformadır. Sistem işsiz şəxslərə birdəfəlik ödənişlərin təyin və ödənilməsi proseslərini elektron şəkildə idarə edir.
Sistemin məqsədi
- İşsiz şəxslərin elektron qaydada qeydiyyatını təmin etmək
- Birdəfəlik maddi yardım üçün uyğunluqların yoxlanılmasını avtomatlaşdırmaq
- Birdəfəlik ödənişlərin verilməsi üzrə qərarların avtomatlaşdırılmış qaydada qəbul edilməsini təmin etmək
- Pandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dəstək olmaq
Əsas funksiyalar
- Müraciətlərin elektron qaydada qəbul edilməsi və emalı
- İşsiz şəxslərin elektron qeydiyyata alınması
- Dövlət informasiya sistemləri ilə inteqrasiyanın təmin edilməsi
- Birdəfəlik ödəniş üçün avtomatlaşdırılmış uyğunluq yoxlamasının aparılması
- Birdəfəlik ödənişlərin avtomatlaşdırılmış qaydada təsdiqlənməsi
- Bank və poçt sistemləri ilə inteqrasiya olunmuş ödənişlərin həyata keçirilməsi
Bu istiqamətdə digər layihələr
- Yol Reyestri və Aktivlərin İdarəedilməsiAvtomobil yolları və yol infrastrukturunun vahid dövlət reyestrini və qanunvericiliyin tələb etdiyi texniki pasportlaşdırılmasını təmin edən, digər bütün yol sistemləri üçün master data mənbəyi rolunu oynayan informasiya sistemi.
- Onlayn Növbə və Qonaq Qəbulu SistemiQonaqların qəbul və qeydiyyat proseslərini idarə edən, qəbul məlumatlarının izlənilməsini və müxtəlif aspektlər üzrə təhlilini təmin edən sistem.
- Tibbi Arayış və Statistik Kart SistemiTibbi arayışların elektronlaşdırılmasını və statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını təmin edən, vətəndaşlara müxtəlif tibbi arayışları elektron formada əldə etməyə imkan verən sistem.
- Tibbi Tullantıların Uçot SistemiTullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi üzrə uçotun aparılmasını və məlumatların elektron şəkildə idarə edilməsini təmin edən informasiya sistemi.
- Həkim Sertifikasiya İmtahanı SistemiHəkimlərin sertifikasiya sınaqların onlayn keçirilməsi üçün proqram təminatı.
- Kök Hüceyrə Donorları Uçot SistemiKök hüceyrəsi donorları ilə işlərin təşkili istiqamətində uçot sistemi.