Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

Uyğunluğun Qiymətləndirilməsi İnformasiya sistemi

Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin və sertifikatlaşdırma proseslərinin elektron idarə edilməsini təmin edən platforma.

Uyğunluğun Qiymətləndirilməsi İnformasiya sistemi

Layihə haqqında

“Uyğunluğu Qiymətləndirən Qurumlar” platforması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 215 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”na və həmin tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq hazırlanmışdır. Platforma uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin rəqəmsallaşdırılmasını və idarəetmənin asanlaşdırılmasını təmin edir.

Sistemin məqsədi

  • Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətini rəqəmsallaşdırmaq
  • Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinin idarə olunmasını asanlaşdırmaq
  • Sertifikat və bəyannamələrin elektron qaydada idarə olunmasını təmin etmək
  • Məlumatlara asan və sürətli çıxış imkanı yaratmaq

Əsas funksiyalar

  • Uyğunluq sertifikatlarının elektron formada yaradılması;
  • Uyğunluq bəyannamələrinin elektron formada yaradılması;
  • Sertifikat və bəyannamələrin qeydiyyata alınması;
  • Sertifikat və bəyannamələrin qüvvəsinin dayandırılması və bərpa edilməsi
  • Sertifikat və bəyannamələrin reyestrinin aparılması və arxivləşdirilməsi
  • Digər dövlət informasiya sistemləri ilə inteqrasiya
  • İstifadəçilərin məlumatlara asan və sürətli çıxışının təmin edilməsi