Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

Donor İdarəetmə Sistemi

Donorlar, resipiyentlər və donor orqanlar üzrə məlumatların vahid dövlət informasiya sistemində idarə edilməsini təmin edən sistem.

Donor İdarəetmə Sistemi

Layihə haqqında

Donorlar, resipiyentlər və donor orqanlar üzrə məlumatların vahid dövlət informasiya sistemində idarə edilməsini təmin etmək məqsədilə hazırlanmış informasiya sistemidir. Sistem üzrə biznes analiz aparılmış, funksional tələblər formalaşdırılmış, vahid dövlət informasiya bazası üzrə prototip və dizaynlar hazırlanmış və informasiya bazası qurulmuşdur. Sistem hesabatlılığın təmin edilməsi, müvafiq reyestrlərin formalaşdırılması, məlumatların aktuallığının təmin edilməsi və məlumatlandırma proseslərinin idarə edilməsini əhatə edir. Həmçinin zəruri inteqrasiyalar həyata keçirilmiş, müraciətlərin qəbulu və axının idarə edilməsi sistemlərindən istifadə hüquqlarının verilməsi təmin edilmişdir. Məlumatlandırma sistemi 200 min SMS bildiriş imkanını nəzərdə tutur.

Sistemin məqsədi

  • Donorlar, resipiyentlər və donor orqanlar üzrə vahid dövlət informasiya sisteminin qurulmasını təmin etmək
  • Müvafiq məlumatların vahid dövlət informasiya bazasında idarə edilməsini təmin etmək
  • Məlumatların aktuallığının və məlumat mübadiləsinin təmin edilməsinə şərait yaratmaq

Əsas funksiyalar

  • Donorlar, resipiyentlər və donor orqanlar üzrə məlumatların vahid bazada idarə edilməsi
  • Vahid dövlət informasiya bazasının qurulması
  • Reyestrin formalaşdırılması
  • Sistemlərarası inteqrasiyaların həyata keçirilməsi
  • Müraciətlərin qəbulu sistemindən istifadə hüquqlarının verilməsi
  • Məlumatların aktuallığının təmin edilməsi sisteminin qurulması
  • Axının idarə edilməsi sistemindən istifadə hüquqlarının verilməsi
  • Vahid dövlət informasiya bazası üzrə prototip və dizaynların hazırlanması