Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

Təbii Qazın Alışı və Satışı İnformasiya Sistemi

Daxili bazarda təbii qazın istehsalçılardan alışı, nəqli, paylayıcı və istehlakçılara satışı üzrə məlumatların vahid mərkəzdə toplanmasını, üzləşdirilməsini və hesabatlılığını avtomatlaşdıran korporativ informasiya sistemi.

Təbii Qazın Alışı və Satışı İnformasiya Sistemi

Layihə haqqında

“Azərkontrakt” ölkənin daxili bazarında təbii qazın istehsalçılardan satın alınmasını, nəqlini, paylayıcı və istehlakçılara satışını təşkil edir. Bu fəaliyyət üzrə gündəlik, aylıq, rüblük və illik göstəricilər müxtəlif mənbələrdən (qaz istehsalçıları, qaz emalı zavodu, yeraltı qaz anbarları, nəql sistemi) daxil olur. Əvvəllər bu göstəricilər ayrı-ayrı excel cədvəllərində aparılırdı.
Sistem bu məlumatları vahid bazada birləşdirir. Göstəricilər əməliyyatçılar tərəfindən daxil edilir, excel fayllarından idxal olunur və ya əlaqəli sistemlərdən inteqrasiya ilə alınır. Daxil olan məlumat çarpaz yoxlamadan keçir, mənbələrin təqdim etdiyi icmal rəqəmlərlə üzləşdirilir. Təsdiqlənmiş məlumat əsasında operativ və dövri hesabatlar, BI aləti üzərində interaktiv panellər qurulur.

Sistemin məqsədi

  • Qazın alışı, nəqli və satışı üzrə məlumatların pərakəndə cədvəllərdən vahid, etibarlı mənbəyə keçirilməsi
  • Hesabatların hazırlanmasına sərf olunan vaxtın və əl əməyinin azaldılması
  • Çarpaz yoxlama və üzləşdirmə hesabına rəqəmlərdə xətaların və uyğunsuzluqların vaxtında aşkarlanması
  • Hər dəyişikliyin kim tərəfindən və hansı əsasla edildiyinin izlənməsi ilə şəffaflığın və hesabatlılığın təmin edilməsi
  • Rəhbərliyin operativ və dəqiq göstəricilər əsasında qərar qəbul etməsinə şərait yaradılması
  • Əlaqəli qurum və sistemlərlə məlumat mübadiləsinin avtomatlaşdırılması

Əsas funksiyalar

  • Məlumatların toplanması: əl ilə daxiletmə, excel idxalı və sistemlərarası inteqrasiya ilə göstəricilərin qəbulu
  • Soraqçaların idarə edilməsi: məlumat mənbələrinin və göstəricilərin əlavə edilməsi, redaktəsi, sıralanması və deaktiv edilməsi
  • Çarpaz yoxlama və hesablamalar: daxil olan rəqəmlərin nəzarət qaydaları ilə yoxlanması; günlük, 10 günlük, aylıq, rüblük və illik yekunların hesablanması
  • Mərhələli təsdiq: əməliyyatçının daxil etdiyi məlumatın moderator tərəfindən ilkin, baş moderator tərəfindən yekun təsdiqi
  • Üzləşdirmə: toplanmış məlumatın icmal rəqəmlərlə müqayisəsi, düzəlişlərin əsaslandırıcı sənədlə birlikdə qeydə alınması, zərurət olduqda gücləndirilmiş elektron imza ilə təsdiq
  • Hesabat dövrünün bağlanması: dövr üzrə məlumatın dəyişikliyə bağlanması; yenidən açılmanın səbəb və icraçı göstərilməklə qeydiyyatı
  • Hesabatlar və vizuallaşdırma: operativ, aylıq, rüblük və illik hesabatlar, BI panelləri, süzgəclər, excel, CSV və PDF formatlarında ixrac
  • Avtomatik hesabat göndərişi: hesabatların reqlamentə uyğun generasiyası və elektron sənəd dövriyyəsi sistemi ilə ünvanlanması
  • Rol əsaslı giriş: MEİS üzərindən vahid giriş, beş istifadəçi kateqoriyası və şöbə səviyyəsində səlahiyyət bölgüsü
  • Audit: bütün əməliyyatların, dəyişiklik və silinmələrin tarixçəsinin saxlanması