Dövlət sistemləri
Sovqat İnformasiya Sistemi
Sosial həssas kateqoriyadan olan şəxslərin mənzil, avtomobil və maddi yardımla təminatını idarə edən sistem.
Sovqat İnformasiya Sistemi
Layihə haqqında
“Sovqat İnformasiya Sistemi” sosial həssas kateqoriyadan olan şəxslərin mənzil, avtomobil və maddi yardımla təmin edilməsi proseslərinin mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin edən informasiya sistemidir. Sistem mənzil, avtomobil və maddi yardım təminatı ilə bağlı məlumatların elektron şəkildə idarə olunmasını və müvafiq proseslərin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin edir.
Sistemin məqsədi
- Sosial həssas kateqoriyadan olan şəxslər üçün mənzil, avtomobil və maddi yardım təminatını mərkəzləşdirilmiş şəkildə idarə etmək
- İnteqrasiyalı həlləri təmin etmək
- Sosial təminat və digər dəstəklərin şəffaf və operativ şəkildə göstərilməsini təmin etmək
- Sosial xidmətlərin proaktiv şəkildə göstərilməsini təmin etmək
Əsas funksiyalar
- İmtiyazlı şəxslərin mənzil, avtomobil və maddi yardım təminatı ilə bağlı məlumatlarının vahid platformada toplanması və idarə olunması
- Sosial təminat və digər dəstəklərin göstərilməsi
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi ilə inteqrasiya;
- Sosial həssas kateqoriyadan olan şəxslərə mənzil təminatının operativ şəkildə təyin olunması
- Maddi yardım təminatının operativ şəkildə təyin olunması
- Avtomobil təminatının operativ şəkildə təyin olunması
Bu istiqamətdə digər layihələr
- Yol Reyestri və Aktivlərin İdarəedilməsiAvtomobil yolları və yol infrastrukturunun vahid dövlət reyestrini və qanunvericiliyin tələb etdiyi texniki pasportlaşdırılmasını təmin edən, digər bütün yol sistemləri üçün master data mənbəyi rolunu oynayan informasiya sistemi.
- Onlayn Növbə və Qonaq Qəbulu SistemiQonaqların qəbul və qeydiyyat proseslərini idarə edən, qəbul məlumatlarının izlənilməsini və müxtəlif aspektlər üzrə təhlilini təmin edən sistem.
- Tibbi Arayış və Statistik Kart SistemiTibbi arayışların elektronlaşdırılmasını və statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını təmin edən, vətəndaşlara müxtəlif tibbi arayışları elektron formada əldə etməyə imkan verən sistem.
- Tibbi Tullantıların Uçot SistemiTullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi üzrə uçotun aparılmasını və məlumatların elektron şəkildə idarə edilməsini təmin edən informasiya sistemi.
- Həkim Sertifikasiya İmtahanı SistemiHəkimlərin sertifikasiya sınaqların onlayn keçirilməsi üçün proqram təminatı.
- Kök Hüceyrə Donorları Uçot SistemiKök hüceyrəsi donorları ilə işlərin təşkili istiqamətində uçot sistemi.