Dövlət sistemləri
Sosial Sığorta Sistemi
Vətəndaşların sosial sığorta haqlarının və fərdi uçot məlumatlarının elektron idarə edilməsini təmin edən sistem.
Sosial Sığorta Sistemi
Layihə haqqında
“Sosial sığorta sistemi” vətəndaşların sosial sığorta haqları və fərdi uçot məlumatlarının elektron qaydada idarə edilməsini təmin edən informasiya sistemidir. Sistem sığortaolunanlar, sığortaedənlər və sosial sığorta haqları üzrə məlumatların uçotunu aparır, hər bir vətəndaşın sosial sığorta tarixçəsinin elektron formada qeydiyyatını və idarə edilməsini təmin edir. Sistem vasitəsilə əmək fəaliyyəti, ödənilmiş sosial sığorta haqları və fərdi uçot məlumatlarının toplanması, saxlanılması və sistemləşdirilməsi həyata keçirilir.
Sistemin məqsədi
- Vətəndaşları sosial risklərdən qorumaq
- Əmək pensiyalarının və müavinətlərin maliyyələşdirilməsini təmin etmək
- Sosial təminat sisteminin davamlı və şəffaf fəaliyyətinə şərait yaratmaq
- Vətəndaşların əmək qabiliyyətini itirdikdə, pensiya yaşına çatdıqda, xəstəlik, analıq, bədbəxt hadisə, ölüm və digər sosial risklər zamanı maddi təminat almasını təmin etmək
Əsas funksiyalar
- Sığortaolunanların uçotunun aparılması
- Sığorta haqları
- Sığortaedənlərin uçotunun aparılması
- Sığorta haqlarının uçotu və Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi
- Vətəndaşların sosial sığorta tarixçəsinin elektron qaydada aparılması;
- Fərdi uçot məlumatlarının elektron şəkildə idarə edilməsi
- Əmək fəaliyyəti dövründə ödənilən sosial sığorta haqları barədə məlumatların uçotunun aparılması
Bu istiqamətdə digər layihələr
- Yol Reyestri və Aktivlərin İdarəedilməsiAvtomobil yolları və yol infrastrukturunun vahid dövlət reyestrini və qanunvericiliyin tələb etdiyi texniki pasportlaşdırılmasını təmin edən, digər bütün yol sistemləri üçün master data mənbəyi rolunu oynayan informasiya sistemi.
- Onlayn Növbə və Qonaq Qəbulu SistemiQonaqların qəbul və qeydiyyat proseslərini idarə edən, qəbul məlumatlarının izlənilməsini və müxtəlif aspektlər üzrə təhlilini təmin edən sistem.
- Tibbi Arayış və Statistik Kart SistemiTibbi arayışların elektronlaşdırılmasını və statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını təmin edən, vətəndaşlara müxtəlif tibbi arayışları elektron formada əldə etməyə imkan verən sistem.
- Tibbi Tullantıların Uçot SistemiTullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi üzrə uçotun aparılmasını və məlumatların elektron şəkildə idarə edilməsini təmin edən informasiya sistemi.
- Həkim Sertifikasiya İmtahanı SistemiHəkimlərin sertifikasiya sınaqların onlayn keçirilməsi üçün proqram təminatı.
- Kök Hüceyrə Donorları Uçot SistemiKök hüceyrəsi donorları ilə işlərin təşkili istiqamətində uçot sistemi.