Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

Sosial Ödənişlər Sistemi

Sosial ödənişlərin təyin edilməsi, hesablanması və ödənilməsini elektron şəkildə idarə edən informasiya sistemi.

Sosial Ödənişlər Sistemi

Layihə haqqında

“Sosial Ödənişlər Sistemi” Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanunu və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial təqaüdlərin, kompensasiyaların və müavinətlərin təyin edilməsi, ödənilməsi və proqnozlaşdırılması proseslərini rəqəmsal şəkildə idarə edən informasiya sistemidir. Sistem sosial ödənişlər üzrə məlumatların elektron qaydada idarə edilməsini, müraciətlərin qəbulunu və emalını, ödənişlərin hesablanmasını və müvafiq məlumatların sistemləşdirilməsini təmin edir.

Sistemin məqsədi

  • Sosial ödənişlərin elektron şəkildə təyin edilməsini və ödənilməsini təmin etmək
  • Müraciətlərin mərkəzləşdirilmiş şəkildə araşdırılması və qərarların verilməsi prosesini avtomatlaşdırmaq
  • Əlaqədar dövlət qurumları arasında real vaxt rejimində məlumat mübadiləsini təmin etmək

Əsas funksiyalar

  • Elektron ərizə formalarının doldurulması
  • Sənədlərin elektron formada yüklənməsi
  • Ərizələrin statusuna nəzarət
  • Ödənişlərin avtomatik hesablanması
  • Müavinətlərin və təqaüdlərin elektron təsdiqi
  • Sosial təqaüdlərin, kompensasiyaların və müavinətlərin təyinatının rəqəmsal şəkildə idarə edilməsi