Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

Sosial Müavinətlər Sistemi

Müxtəlif hallarda sosial müavinətlərin hesablanması və ödənilməsini təmin edən sistem.

Sosial Müavinətlər Sistemi

Layihə haqqında

“Sosial müavinətlər sistemi” məcburi dövlət sosial sığortası çərçivəsində sığortaolunan şəxslərə müxtəlif hallarda müavinətlərin hesablanması və ödənilməsi proseslərini tənzimləyən informasiya sistemidir. Sistem əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğuş, uşağın anadan olması, uşağa qulluq və dəfn halları üzrə müavinətlərin hesablanması və ödənilməsini, həmçinin sanatoriya-kurort müalicəsi ilə bağlı xərclərin ödənilməsinin idarə edilməsini təmin edir. Sistem Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Əsasnaməyə uyğun qurulmuşdur.

Sistemin məqsədi

  • Məcburi dövlət sosial sığortası çərçivəsində sığortaolunan şəxslərə müxtəlif hallarda müavinətlərin hesablanmasını təmin etmək
  • Müavinətlərin ödənilməsi proseslərini tənzimləmək

Əsas funksiyalar

  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması və ödənilməsi
  • Hamiləliyə və doğuma görə müavinətin hesablanması və ödənilməsi
  • Uşağın anadan olmasına görə birdəfəlik müavinətin hesablanması və ödənilməsi
  • Uşağa qulluqla əlaqədar müavinətin hesablanması və ödənilməsi
  • Sanatoriya-kurort müalicəsi üzrə xərclərin ödənilməsinin təmin edilməsi
  • Dəfn üçün müavinətin hesablanması və ödənilməsi