Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

Sanatoriya-Kurort İdarəetmə Sistemi

İmtiyazlı şəxslərin sanatoriya-kurort yollayışları ilə təminatını və növbəliliyin idarə edilməsini təmin edən sistem.

Sanatoriya-Kurort İdarəetmə Sistemi

Layihə haqqında

“Sanatoriya-Kurort İdarəetmə Sistemi” imtiyazlı şəxslərin sanatoriya-kurort yollayışları üzrə təminatının mərkəzləşdirilmiş qaydada idarə olunmasını və xidmətlərin növbəlilik prinsipi əsasında əldə edilməsini təmin edən informasiya sistemidir.

Sistemin məqsədi

  • İmtiyazlı şəxslərin sanatoriya-kurort yollayışlarının mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin etmək
  • İmtiyazlı şəxslərin növbəlilik prinsipi əsasında xidmət əldə etməsini təmin etmək
  • Sanatoriya-kurort yollayışlarının operativ şəkildə təyin olunmasını təmin etmək

Əsas funksiyalar

  • İmtiyazlı şəxslərin sanatoriya-kurort yollayışları ilə bağlı məlumatlarının vahid platformada toplanması və idarə olunması
  • İmtiyazlı şəxslərin növbəlilik prinsipi əsasında sanatoriya-kurort yollayışları ilə təmin olunması
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi ilə inteqrasiya
  • İmtiyazlı şəxslərə sanatoriya-kurort yollayışlarının operativ şəkildə təyin olunması