Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

Qeytkipinq İnformasiya Sistemi

Sosial xidmətlərə müraciət edən şəxslərin ehtiyaclarının qiymətləndirilməsi və uyğun xidmətlərə yönləndirilməsini təmin edən sistem.

Qeytkipinq İnformasiya Sistemi

Layihə haqqında

“Qeytkipinq İnformasiya Sistemi” sosial xidmətlərə müraciət edən şəxslərin ehtiyaclarının ilkin qiymətləndirilməsini və onların uyğun sosial xidmətlərə, yardım proqramlarına, reabilitasiya və ya müvafiq dəstək qurumlarına yönləndirilməsini təmin edən informasiya sistemidir. Sistem müraciət edən şəxslər barədə məlumatların qiymətləndirilməsi və müvafiq xidmətlər üzrə yönləndirmə proseslərinin elektron şəkildə idarə edilməsini təmin edir.

Sistemin məqsədi

  • Sosial xidmətlərə müraciət edən şəxslərin ehtiyaclarının ilkin qiymətləndirilməsini təmin etmək
  • Şəxslərin uyğun sosial xidmətlərə, yardım proqramlarına, reabilitasiya və ya müvafiq dəstək qurumlarına yönləndirilməsini təmin etmək
  • Resursların səmərəli idarə olunmasını təmin etmək
  • Xidmətlərin şəffaflığını artırmaq

Əsas funksiyalar

  • Vətəndaşlar və ya onların nümayəndələri tərəfindən edilən müraciətlərin elektron şəkildə qəbul edilməsi
  • Müraciət edən şəxslərin sosial xidmətə olan tələbatının mütəxəssislər tərəfindən qiymətləndirilməsi
  • Qiymətləndirmə nəticələrinə əsasən şəxslərin uyğun sosial xidmətlərə və ya proqramlara yönləndirilməsi
  • Toplanan məlumatların vahid məlumat bazasında saxlanılması və idarə olunması
  • Sosial xidmət resurslarının bölüşdürülməsi və istifadəsinin təmin edilməsi