Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

Qaçqın və Məcburi Köçkünlər üzrə Mərkəzi Məlumat Sistemi

Qaçqın və məcburi köçkünlər barədə məlumatların mərkəzləşdirilmiş idarə edilməsini təmin edən informasiya sistemi.

Qaçqın və Məcburi Köçkünlər üzrə Mərkəzi Məlumat Sistemi

Layihə haqqında

“Mərkəzləşdirilmiş İnformasiya Sistemi” 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə uyğun olaraq yaradılmışdır. Sistem məcburi köçkünlər barədə məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını, idarə olunmasını və digər dövlət qurumları ilə inteqrasiyanı təmin edir.

Sistemin məqsədi

  • Məcburi köçkünlər barədə məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını təmin etmək
  • Məcburi köçkünlər barədə məlumatların idarə olunmasını təmin etmək
  • Digər dövlət qurumları ilə inteqrasiyanı təmin etmək
  • Məcburi köçkünlərə sosial müavinətlərin və digər güzəştlərin elektron şəkildə təqdim olunmasını təmin etmək

Əsas funksiyalar

  • Məcburi köçkünlərin şəxsi məlumatlarının qeydiyyata alınması və idarə olunması;
  • Sosial müavinətlərin elektron şəkildə hesablanması;
  • Digər güzəştlərin elektron şəkildə hesablanması;
  • Məskunlaşma yerlərinin izlənilməsi;
  • Yerdəyişmələrin izlənilməsi;
  • Digər dövlət qurumları ilə məlumat mübadiləsinin təmin edilməsi