Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

Pensiya Sistemi

Əmək pensiyalarının təyin edilməsi və pensiya məlumatlarının elektron idarə olunmasını təmin edən sistem.

Pensiya Sistemi

Layihə haqqında

“Pensiya sistemi” əmək pensiyalarının təyin edilməsi və pensiya məlumatlarının elektron qaydada idarə olunmasını təmin edən informasiya sistemidir. Sistem pensiya hüququ, sosial sığorta haqları və fərdi uçot məlumatları üzrə məlumatların idarə edilməsini, pensiyaların hesablanması və təyin edilməsi proseslərinin elektron qaydada aparılmasını təmin edir.

Sistemin məqsədi

  • Əmək fəaliyyəti dövründə sosial sığorta haqları ödəyən şəxslərə müəyyən yaşa çatdıqda və ya sosial risklər baş verdikdə maddi təminat vermək
  • Əmək qabiliyyəti olmayan vətəndaşların sosial müdafiəsini təmin etmək
  • Sosial ədaləti qorumaq
  • Vətəndaşların sosial sığorta kapitalı əsasında pensiya hüquqlarının formalaşmasını təmin etmək

Əsas funksiyalar

  • Vətəndaşların fərdi uçot məlumatları əsasında pensiya hüquqlarının formalaşdırılması
  • Sosial sığorta kapitalı üzrə məlumatların uçotu
  • Yaşa görə əmək pensiyalarının təyin edilməsi
  • Əlilliyə görə əmək pensiyalarının təyin edilməsi
  • Ailə başçısını itirməyə görə əmək pensiyalarının təyin edilməsi
  • Elektron pensiya təyinatının həyata keçirilməsi