Dövlət sistemləri
Məşğulluq Sistemi
İşsiz və işaxtaran şəxslərin qeydiyyatını və məşğulluq tədbirlərinin idarə edilməsini təmin edən informasiya sistemi.
Məşğulluq Sistemi
Layihə haqqında
“Məşğulluq Sistemi” Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanunu və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq işsiz və işaxtaran şəxslərin qeydiyyatı, məşğulluq tədbirlərinin təşkili və idarə olunması proseslərini rəqəmsal şəkildə təmin edən informasiya sistemidir. Sistem işsiz və işaxtaran şəxslər barədə məlumatların elektron qaydada qeydiyyata alınmasını və idarə edilməsini, məşğulluq tədbirləri üzrə məlumatların sistemləşdirilməsini və müvafiq proseslərin elektron şəkildə həyata keçirilməsini təmin edir.
Sistemin məqsədi
- İşsiz və işaxtaran şəxslərin elektron şəkildə qeydiyyatını və məlumatlarının idarə olunmasını təmin etmək
- Məşğulluq tədbirlərinin, o cümlədən peşə hazırlığı, təlim və təkrar təhsil proqramlarının mərkəzləşdirilmiş şəkildə planlaşdırılmasını və icrasını avtomatlaşdırmaq
- Əlaqədar dövlət qurumları və işəgötürənlər arasında real vaxt rejimində məlumat mübadiləsini təmin etmək
Əsas funksiyalar
- İşsiz və işaxtaran şəxslərin elektron qeydiyyata alınması
- Elektron ərizə formalarının doldurulması
- Sənədlərin elektron formada yüklənməsi
- Ərizələrin statusuna nəzarət
- Məşğulluq tədbirlərinin planlaşdırılması və icrası
- Peşə hazırlığı proqramlarının planlaşdırılması və icrası
- Təlim proqramlarının planlaşdırılması və icrası
- Dövlət qurumları və işəgötürənlər arasında real vaxt rejimində məlumat mübadiləsinin təmin edilməsi
Mükafatlar
Bu istiqamətdə digər layihələr
- Yol Reyestri və Aktivlərin İdarəedilməsiAvtomobil yolları və yol infrastrukturunun vahid dövlət reyestrini və qanunvericiliyin tələb etdiyi texniki pasportlaşdırılmasını təmin edən, digər bütün yol sistemləri üçün master data mənbəyi rolunu oynayan informasiya sistemi.
- Onlayn Növbə və Qonaq Qəbulu SistemiQonaqların qəbul və qeydiyyat proseslərini idarə edən, qəbul məlumatlarının izlənilməsini və müxtəlif aspektlər üzrə təhlilini təmin edən sistem.
- Tibbi Arayış və Statistik Kart SistemiTibbi arayışların elektronlaşdırılmasını və statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını təmin edən, vətəndaşlara müxtəlif tibbi arayışları elektron formada əldə etməyə imkan verən sistem.
- Tibbi Tullantıların Uçot SistemiTullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi üzrə uçotun aparılmasını və məlumatların elektron şəkildə idarə edilməsini təmin edən informasiya sistemi.
- Həkim Sertifikasiya İmtahanı SistemiHəkimlərin sertifikasiya sınaqların onlayn keçirilməsi üçün proqram təminatı.
- Kök Hüceyrə Donorları Uçot SistemiKök hüceyrəsi donorları ilə işlərin təşkili istiqamətində uçot sistemi.