Dövlət sistemləri
Maddi-məişət Müayinələrinin İdarəedilməsi Sistemi
Ünvanlı dövlət sosial yardımına namizədlərin maddi-məişət şəraitinin müayinəsinin idarə edilməsini təmin edən sistem.
Maddi-məişət Müayinələrinin İdarəedilməsi Sistemi
Layihə haqqında
Sistem ünvanlı dövlət sosial yardımına namizədlərin maddi-məişət şəraitinin müayinələrinin mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin edən informasiya sistemidir. Sistem müayinələrin elektron qaydada təşkili və idarə edilməsinə, müayinə nəticələri üzrə məlumatların sistemləşdirilməsinə və müvafiq proseslərin izlənilməsinə imkan yaradır.
Sistemin məqsədi
- Ünvanlı dövlət sosial yardımı üçün müraciət edən şəxslərin maddi-məişət şəraitinin müayinələrinin mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin etmək
- Müayinələrin şəffaflığını və operativliyini artırmaq
- Resursların səmərəli istifadəsinə şərait yaratmaq
- Qərarların obyektivliyinə zəmin yaratmaq
Əsas funksiyalar
- ÜDSY üçün müraciət edən ailələrin müayinəsi üzrə tapşırıqların avtomatik təyin edilməsi və izlənməsi
- Sosial müfəttişlər üçün mobil tətbiq vasitəsilə müayinələrin aparılması
- Müayinə məlumatlarının real vaxt rejimində sistemə ötürülməsi
- Müayinələr zamanı foto, video və səs yazılarının toplanması
- VEMTAS ilə inteqrasiya və məlumatların sinxronizasiyası
- Qərarların qəbulunu dəstəkləyən analitik hesabatların hazırlanması
Bu istiqamətdə digər layihələr
- Yol Reyestri və Aktivlərin İdarəedilməsiAvtomobil yolları və yol infrastrukturunun vahid dövlət reyestrini və qanunvericiliyin tələb etdiyi texniki pasportlaşdırılmasını təmin edən, digər bütün yol sistemləri üçün master data mənbəyi rolunu oynayan informasiya sistemi.
- Onlayn Növbə və Qonaq Qəbulu SistemiQonaqların qəbul və qeydiyyat proseslərini idarə edən, qəbul məlumatlarının izlənilməsini və müxtəlif aspektlər üzrə təhlilini təmin edən sistem.
- Tibbi Arayış və Statistik Kart SistemiTibbi arayışların elektronlaşdırılmasını və statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını təmin edən, vətəndaşlara müxtəlif tibbi arayışları elektron formada əldə etməyə imkan verən sistem.
- Tibbi Tullantıların Uçot SistemiTullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi üzrə uçotun aparılmasını və məlumatların elektron şəkildə idarə edilməsini təmin edən informasiya sistemi.
- Həkim Sertifikasiya İmtahanı SistemiHəkimlərin sertifikasiya sınaqların onlayn keçirilməsi üçün proqram təminatı.
- Kök Hüceyrə Donorları Uçot SistemiKök hüceyrəsi donorları ilə işlərin təşkili istiqamətində uçot sistemi.