Dövlət sistemləri
İxrac nəzarətinə düşən mallar üzrə Xüsusi icazə verilməsi
İxrac nəzarətinə düşən ikili təyinatlı malların ixracı, idxalı, müvəqqəti ixracı və müvəqqəti idxalı üzrə xüsusi icazələrin verilməsi prosesini elektronlaşdıran, müraciətlərin və tələb olunan sənədlərin elektron qaydada qəbulunu, emalını, icra vəziyyətinin izlənilməsini və nəticələr barədə istifadəçilərin məlumatlandırılmasını təmin edən informasiya sistemi.
İxrac nəzarətinə düşən mallar üzrə Xüsusi icazə verilməsi
Layihə haqqında
İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə Xüsusi icazələrin verilməsi Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən həyata keçirilir. Elektron informasiya sistemi fiziki və hüquqi şəxslərin xüsusi icazə alınması üçün müraciətlərini elektron qaydada təqdim etməsini və müraciətlərin aidiyyəti üzrə emalını təmin edir. İstifadəçilər elektron imza vasitəsilə sistemə daxil olur, şəxsi və əlaqə məlumatlarını qeyd edir, xarici iqtisadi əməliyyatın növünü seçir və seçilmiş əməliyyata uyğun tələb olunan sənədləri müraciətə əlavə edirlər. Sistem müraciət məktubu üçün şablonun yüklənməsinə, doldurulmuş sənədin müraciətə əlavə edilməsinə, müraciətin qaralama şəklində saxlanılmasına və elektron imza ilə imzalanaraq təqdim edilməsinə imkan yaradır. Təqdim edilmiş müraciətlər Nazirliyin əməkdaşları tərəfindən sistem üzərindən nəzərdən keçirilir və icra olunur. Müraciətin icra vəziyyəti, statusu və mərhələləri istifadəçilər tərəfindən izlənilə bilir. Müraciətin geri qaytarılması, icra edilməsi, imtina ilə nəticələnməsi və ya xüsusi icazənin verilməsi kimi hallar barədə müvafiq bildirişlər istifadəçinin elektron kabinetində əks olunur. Xüsusi icazə verildikdə müvafiq sənəd PDF formatında sistemə yüklənir və istifadəçi tərəfindən elektron kabinet vasitəsilə əldə edilə bilir. Sistem, həmçinin müraciətlərin və qaralamaların idarə edilməsi, bildirişlərin qəbulu və əks əlaqənin təmin edilməsi funksiyalarını əhatə edir.
Sistemin məqsədi
- Xüsusi icazələrin verilməsi üzrə müraciət prosesinin elektronlaşdırılması və xidmətin əlçatanlığının artırılması
- Müraciətlərin və tələb olunan sənədlərin elektron qaydada qəbulunun təmin edilməsi
- Nazirliyin əməkdaşları tərəfindən müraciətlərin emalı və icrası prosesinin vahid informasiya sistemi üzərindən həyata keçirilməsi
- Müraciətlərin icra vəziyyəti və nəticələri barədə istifadəçilərin vaxtında məlumatlandırılması
- Müraciətlərin hazırlanması, təqdim edilməsi və emalı zamanı vaxt itkisinin və inzibati yükün azaldılması
- Xüsusi icazələrin verilməsi prosesində şəffaflığın və izləniləbilənliyin təmin edilməsi
Əsas funksiyalar
- Elektron müraciətlərin yaradılması: Fiziki və hüquqi şəxslər tərəfindən xüsusi icazənin alınması üçün elektron müraciətlərin formalaşdırılması və təqdim edilməsi
- İstifadəçi məlumatlarının idarə edilməsi: Elektron imza vasitəsilə istifadəçinin fiziki və ya hüquqi şəxs kimi müəyyənləşdirilməsi, müvafiq məlumatların avtomatik doldurulması və əlaqə məlumatlarının qeyd edilməsi
- Əməliyyat növünün seçilməsi və sənədlərin əlavə edilməsi: İxrac, idxal, müvəqqəti ixrac və müvəqqəti idxal əməliyyatlarının seçilməsi, seçilmiş əməliyyata uyğun tələb olunan sənədlərin və müraciət məktubunun sistemə əlavə edilməsi
- Müraciətlərin və qaralamaların idarə edilməsi: Müraciətlərin qaralama şəklində saxlanılması, elektron imza ilə imzalanması, təqdim edilməsi və mövcud müraciətlərə baxılması
- Müraciətlərin emalı və icrası: Nazirliyin əməkdaşları tərəfindən daxil olan müraciətlərin sistem üzərindən nəzərdən keçirilməsi, icra edilməsi, geri qaytarılması və ya imtina ilə nəticələnməsi
- Statusların izlənilməsi və bildirişlərin göndərilməsi: Müraciətlərin statusu və icra mərhələləri barədə məlumatların təqdim edilməsi, müraciətin geri qaytarılması, icrası, imtina və xüsusi icazənin verilməsi ilə bağlı bildirişlərin istifadəçilərə çatdırılması
- Xüsusi icazə sənədinin yüklənməsi: Xüsusi icazə verildikdə müvafiq sənədin PDF formatında sistemə yüklənməsi və istifadəçilər tərəfindən elektron kabinet vasitəsilə əldə edilməsi
Bu istiqamətdə digər layihələr
- Yol Reyestri və Aktivlərin İdarəedilməsiAvtomobil yolları və yol infrastrukturunun vahid dövlət reyestrini və qanunvericiliyin tələb etdiyi texniki pasportlaşdırılmasını təmin edən, digər bütün yol sistemləri üçün master data mənbəyi rolunu oynayan informasiya sistemi.
- Onlayn Növbə və Qonaq Qəbulu SistemiQonaqların qəbul və qeydiyyat proseslərini idarə edən, qəbul məlumatlarının izlənilməsini və müxtəlif aspektlər üzrə təhlilini təmin edən sistem.
- Tibbi Arayış və Statistik Kart SistemiTibbi arayışların elektronlaşdırılmasını və statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını təmin edən, vətəndaşlara müxtəlif tibbi arayışları elektron formada əldə etməyə imkan verən sistem.
- Tibbi Tullantıların Uçot SistemiTullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi üzrə uçotun aparılmasını və məlumatların elektron şəkildə idarə edilməsini təmin edən informasiya sistemi.
- Həkim Sertifikasiya İmtahanı SistemiHəkimlərin sertifikasiya sınaqların onlayn keçirilməsi üçün proqram təminatı.
- Kök Hüceyrə Donorları Uçot SistemiKök hüceyrəsi donorları ilə işlərin təşkili istiqamətində uçot sistemi.