Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

Himayədar Ailə İnformasiya Sistemi

Himayədar ailə olmaq üçün müraciətlərin elektron qəbulunu, qiymətləndirilməsini və uçotunu təmin edən sistem.

Himayədar Ailə İnformasiya Sistemi

Layihə haqqında

“Himayədar ailə” qayğı modeli üzrə idarəetmə və xidmətlərin elektron infrastruktur üzərindən həyata keçirilməsi üçün “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi təkmilləşdirilmişdir. Təkmilləşdirilmiş altsistem himayədar ailə modeli ilə bağlı idarəetmə və xidmətlərin elektron qaydada həyata keçirilməsini təmin edir.

Sistemin məqsədi

  • “Himayədar ailə” qayğı modeli üzrə idarəetmə və xidmətlərin elektron infrastruktur üzərindən həyata keçirilməsini təmin etmək
  • Himayədar ailə olmaq istəyən şəxslərin müraciətlərinin elektron qaydada qəbulunu təmin etmək
  • Himayədar ailələrin və himayədar ailəyə verilmiş uşaqların vahid elektron uçotunu təmin etmək

Əsas funksiyalar

  • Himayədar ailə olmaq istəyən şəxslərin elektron müraciətlərinin qəbul edilməsi
  • Müraciət edən şəxslərin uyğunluğunun avtomatlaşdırılmış qaydada qiymətləndirilməsi
  • Himayədar ailələrin vahid elektron uçotunun aparılması
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi ilə inteqrasiyanın təmin edilməsi.

Mükafatlar

  • 2026"İnformasiya cəmiyyətinin etik aspektləri" kateqoriyası üzrə qalibWSIS Prizes 2026 — Ethical Dimensions of the Information SocietyBMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU)Mənbə