Dövlət sistemləri
Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə sistemi
Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə məlumatlarının elektron idarə edilməsini və məlumat mübadiləsini təmin edən sistem.
Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə sistemi
Layihə haqqında
“Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2020-ci il tarixli Fərmanına əsasən Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi çərçivəsində yaradılmışdır. Altsistem hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə ilə bağlı məlumatların elektron qaydada idarə edilməsini və sistemləşdirilməsini təmin edir. Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının altsistemə çıxışı təmin edilmiş, dövlət sirri və qanunla qorunan digər məlumatların mühafizəsi üçün müvafiq tədbirlər görülmüşdür. Altsistem Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilmişdir.
Sistemin məqsədi
- Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə ilə bağlı məlumatları sistemləşdirmək
- Dövlət informasiya ehtiyatları arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq
- Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığı təmin etmək
Əsas funksiyalar
- Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları tərəfindən rəsmiləşdirilmiş sənədlərin elektron şəkildə sistemə daxil edilməsi
- Toplanan məlumatların xəstəliklərin beynəlxalq təsnifatına uyğun sistemləşdirilməsi
- Dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin təmin edilməsi
- Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının altsistemə çıxışının təmin edilməsi
- Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyanın təmin edilməsi
Bu istiqamətdə digər layihələr
- Yol Reyestri və Aktivlərin İdarəedilməsiAvtomobil yolları və yol infrastrukturunun vahid dövlət reyestrini və qanunvericiliyin tələb etdiyi texniki pasportlaşdırılmasını təmin edən, digər bütün yol sistemləri üçün master data mənbəyi rolunu oynayan informasiya sistemi.
- Onlayn Növbə və Qonaq Qəbulu SistemiQonaqların qəbul və qeydiyyat proseslərini idarə edən, qəbul məlumatlarının izlənilməsini və müxtəlif aspektlər üzrə təhlilini təmin edən sistem.
- Tibbi Arayış və Statistik Kart SistemiTibbi arayışların elektronlaşdırılmasını və statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını təmin edən, vətəndaşlara müxtəlif tibbi arayışları elektron formada əldə etməyə imkan verən sistem.
- Tibbi Tullantıların Uçot SistemiTullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi üzrə uçotun aparılmasını və məlumatların elektron şəkildə idarə edilməsini təmin edən informasiya sistemi.
- Həkim Sertifikasiya İmtahanı SistemiHəkimlərin sertifikasiya sınaqların onlayn keçirilməsi üçün proqram təminatı.
- Kök Hüceyrə Donorları Uçot SistemiKök hüceyrəsi donorları ilə işlərin təşkili istiqamətində uçot sistemi.