Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

Əlillik İnformasiya sistemi

Əlilliyin qiymətləndirilməsi və reabilitasiya proseslərinin idarə edilməsini təmin edən informasiya sistemi.

Əlillik İnformasiya sistemi

Layihə haqqında

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi proseslərinin elektron şəkildə idarə edilməsini təmin edən informasiya sistemidir. Sistem mərkəzləşdirilmiş elektron müraciətlərin qəbulu və qeydiyyatını, tibb müəssisələri tərəfindən elektron göndərişlərin daxil edilməsini, tibbi sənəd və məlumatların real vaxt rejimində emalı və təhlilini təmin edir. TSERAS vasitəsilə əlillik dərəcəsi, səbəbi və müddəti avtomatik müəyyən edilir, tibbi və sosial reabilitasiya xidmətləri vahid platformadan idarə olunur, reabilitasiya tədbirləri planlaşdırılır və elektron şəkildə izlənilir. Sistem həmçinin tibbi məlumatların elektron inteqrasiyası əsasında qərarların qəbul edilməsini və vətəndaşların SMS və e-mail bildirişləri vasitəsilə məlumatlandırılmasını təmin edir.

 

Sistemin məqsədi

  • Əlilliyin təyin olunması prosesini rəqəmsallaşdırmaq və avtomatlaşdırmaq
  • Vətəndaş müraciətlərinə operativ və şəffaf qiymət verilməsini təmin etmək
  • Tibbi və sosial reabilitasiya xidmətlərinin vahid platformadan idarə olunmasını təmin etmək
  • Diaqnostik və tibbi məlumatların elektron inteqrasiyası əsasında qərarların qəbulunu təmin etmək
  • Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sistemində şəffaflığı artırmaq
  • Vətəndaş məmnuniyyətini təmin etmək

Əsas funksiyalar

  • Mərkəzləşdirilmiş elektron müraciətlərin qəbulu və qeydiyyatı
  • Tibb müəssisələri tərəfindən elektron göndərişlərin daxil edilməsi
  • Tibbi sənədlərin və məlumatların real vaxt rejimində emalı və təhlili
  • Əlillik dərəcəsinin, səbəbinin və müddətinin avtomatik təyin edilməsi
  • Reabilitasiya tədbirlərinin planlaşdırılması
  • Reabilitasiya tədbirlərinin elektron izlənilməsi
  • Vətəndaşların SMS və e-mail bildirişləri vasitəsilə məlumatlandırılması