Yüklənir
Əsas məzmuna keç

Dövlət sistemləri

eHəmkar

Sistem, həmkarlar ittifaqı üzvlərinin müraciətlərini mərkəzləşdirilmiş şəkildə idarə etmək, Həmkarlar İttifaqları üçün xidmətləri izləmək və üçüncü tərəflərlə məlumat mübadiləsini təmin etmək məqsədi daşıyan avtomatlaşdırılmış uçot sistemidir.

eHəmkar

Layihə haqqında

Sistem həmkarlar ittifaqı üzvlərinin müraciətlərini mərkəzləşdirilmiş şəkildə idarə etmək, Həmkarlar İttifaqları üçün xidmətləri izləmək və üçüncü tərəflərlə məlumat mübadiləsini təmin etmək məqsədi daşıyır. İlk Hİ əməkdaşı üzvlərin fərdi və ya toplu müraciətlərini  sistemə daxil edir, Respublika Hİ isə hər müraciəti ayrılıqda təsdiqləyir və ya geri qaytarır. Xidmət təminatçıları sistemdə qeydiyyata alınır, onlarla bağlanan müqavilələr, dövri kvotalar/limitlər, vaxtından əvvəl xitam və uzadılma prosesləri idarə olunur. Təminatçıların göstərdiyi xidmətlər təsdiqlənir, kvota qalığı avtomatik nəzərə alınır, ödəniş modeli müqaviləyə əsasən tətbiq edilir və hər xidmət üçün maliyyə hesabatı yaradılır. Müraciətlər mövcud resurs və kvotalara əsasən təminatçılar arasında balanslı yönləndirilir, icra müddətləri real vaxtda izlənilir, xidmətdən sonra 1-5 ulduzlu qiymətləndirmə toplanaraq təminatçı performansı və orta reytinq hesablanır. Sistem Respublika Hİ və Yerli Hİ-lər üzrə illik fəaliyyət planlarını qeydə alır, yollayışların planlara uyğun paylanmasını təmin edir, aylıq/rüblük/illik BI hesabatları yaradır və eSənəd ilə Reyestr modulu ilə API əsasında inteqrasiya olunur.

Sistemin məqsədi

  • Həmkarlar ittifaqı üzvlərinin müraciətlərini mərkəzləşdirilmiş şəkildə idarə etmək
  • Həmkarlar İttifaqları üçün göstərilən xidmətləri izləmək
  • Üçüncü tərəflərlə məlumat mübadiləsini təmin etmək
  • Xidmət təminatçıları ilə müqavilələrin, kvotaların və limitlərin şəffaf idarə olunmasını təmin etmək
  • Xidmətlərin maliyyələşdirilməsini və maliyyə hesabatlılığını təmin etmək
  • Xidmət keyfiyyətini reytinq və analitik hesabatlar vasitəsilə qiymətləndirmək və qərarvermə üçün istifadə etmək

Əsas funksiyalar

  • Əməkdaşların iş yeri ilə bağlı müraciətlərin idarə edilməsi
  • Xidmət təminatçılarının qeydiyyatı və xidmətlər üzrə qruplaşdırılması
  • Müqavilələrin qeydiyyatı, uzadılması və xitamının idarə edilməsi
  • Kvota və limitlərin idarə olunması
  • Maliyyələşdirmə və xidmət keyfiyyətinə nəzarət
  • Maliyyə hesabatlarının və analitik məlumatların hazırlanması