Dövlət sistemləri
Antidemping Platforması
Antidempinq və mühafizə tədbirlərinin elektron idarə edilməsini təmin edən platforma.
Antidemping Platforması
Layihə haqqında
Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmış rəqəmsal platforma Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi ilə bağlı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi üzrə məlumatların toplanması və emalını, həmçinin sorğu və bildirişlərin göndərilməsini təmin edir. Platforma vahid konsepsiya əsasında fəaliyyət göstərir və məlumatların daim nəzarətdə saxlanılmasına imkan yaradır.
Sistemin məqsədi
- Antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı məlumatların rəqəmsal şəkildə idarə olunmasını təmin etmək
- Məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsi proseslərini rəqəmsallaşdırmaq
- Məlumatların daim nəzarətdə saxlanılmasını təmin etmək
- Vətəndaşların və təsərrüfat subyektlərinin dövlət orqanı ilə əlaqələrini optimallaşdırmaq
Əsas funksiyalar
- Antidempinq, kompensasiya və mühafizə tədbirləri ilə bağlı məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmas
- Toplanmış məlumatların emal edilməsi
- Araşdırma orqanı tərəfindən həyata keçirilən tədbirlərlə bağlı sorğuların göndərilməsi
- Bildirişlərin göndərilməsi
- Müvafiq dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiyanın təmin edilməsi
- Dövlət qurumları arasında məlumat mübadiləsinin həyata keçirilməsi
Bu istiqamətdə digər layihələr
- Yol Reyestri və Aktivlərin İdarəedilməsiAvtomobil yolları və yol infrastrukturunun vahid dövlət reyestrini və qanunvericiliyin tələb etdiyi texniki pasportlaşdırılmasını təmin edən, digər bütün yol sistemləri üçün master data mənbəyi rolunu oynayan informasiya sistemi.
- Onlayn Növbə və Qonaq Qəbulu SistemiQonaqların qəbul və qeydiyyat proseslərini idarə edən, qəbul məlumatlarının izlənilməsini və müxtəlif aspektlər üzrə təhlilini təmin edən sistem.
- Tibbi Arayış və Statistik Kart SistemiTibbi arayışların elektronlaşdırılmasını və statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını təmin edən, vətəndaşlara müxtəlif tibbi arayışları elektron formada əldə etməyə imkan verən sistem.
- Tibbi Tullantıların Uçot SistemiTullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi üzrə uçotun aparılmasını və məlumatların elektron şəkildə idarə edilməsini təmin edən informasiya sistemi.
- Həkim Sertifikasiya İmtahanı SistemiHəkimlərin sertifikasiya sınaqların onlayn keçirilməsi üçün proqram təminatı.
- Kök Hüceyrə Donorları Uçot SistemiKök hüceyrəsi donorları ilə işlərin təşkili istiqamətində uçot sistemi.