Keyfiyyət və İnformasiya Təhlükəsizliyi Siyasəti

AISTGroup MMC olaraq fəaliyyət göstərdiyimiz bütün istiqamətlərdə keyfiyyət, etibarlılıq və informasiya təhlükəsizliyi bizim üçün strateji əhəmiyyət daşıyır. Biz müştərilərimizə təqdim etdiyimiz xidmətlərin və məhsulların etibarlılığını təmin etmək, məxfi məlumatların qorunması və istismar təhlükəsizliyinin təmin olunması məqsədilə ISO 9001 və ISO/IEC 27001 standartlarına uyğun Keyfiyyət və İnformasiya Təhlükəsizliyi Menecment Sistemləri tətbiq və təkmilləşdiririk.

Bu siyasətin əsas məqsədi AISTGroup-un fəaliyyətində risklərin idarə olunmasını gücləndirmək, müştəri məmnuniyyətini yüksəltmək, təhlükəsizlik mədəniyyətini təşviq etmək və müəssisədaxili proseslərin davamlı təkmilləşdirilməsini təmin etməkdir.


Biz aşağıdakı prinsiplərə əməl etməyi öhdəmizə götürürük

  1. Keyfiyyət və təhlükəsizlik məqsədlərinin müəyyən edilməsi və izlənməsi
    Məqsədlərimiz ölçülə bilən, real və strateji məqsədlərlə uzlaşdırılmış şəkildə müəyyən edilir və davamlı izlənməklə qiymətləndirilir.
  2. Uyğunluq öhdəliyi
    Bütün fəaliyyətlərimizdə ISO 9001 və ISO/IEC 27001 standartlarının tələblərinə, habelə qanunvericilik və müqavilə öhdəliklərinə uyğunluğu təmin edirik.
  3. Davamlı inkişaf
    Menecment sistemlərimiz çevik idarəetmə və təhlil mexanizmləri ilə dəstəklənir və mütəmadi olaraq təkmilləşdirilir.
  4. Risklərin proaktiv idarə olunması
    İstər biznes, istərsə də informasiya təhlükəsizliyi sahəsində qarşıya çıxan potensial riskləri qabaqlayaraq, operativ qərarvermə və nəzarət mexanizmlərini tətbiq edirik.
  5. Məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunması
    İstənilən formada ötürülən və ya emal olunan məlumatların qorunması üçün texniki və təşkilati tədbirlər sistemli şəkildə tətbiq olunur.
  6. İnsan kapitalının inkişafı və məlumatlılığın artırılması
    Əməkdaşlarımızın informasiya təhlükəsizliyi və keyfiyyət menecmenti üzrə məlumatlılığının artırılması məqsədilə müntəzəm maarifləndirmə tədbirləri həyata keçirilir.

Siyasətə uyğunluq və sorğular

Keyfiyyət və informasiya təhlükəsizliyi siyasətimizə uyğunluğumuz, sertifikatlarımız və müvafiq təlimat sənədləri istək əsasında müştərilərimizə və tərəfdaşlara təqdim oluna bilər.

Əgər bu siyasətlə bağlı əlavə suallarınız varsa, [email protected] elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.