Məxfilik Siyasəti – eVisit.az

Son yenilənmə tarixi: 10.04.2025

Bu Məxfilik Siyasəti (bundan sonra – Siyasət), eVisit.az mobil tətbiqi və veb platforması (bundan sonra – Tətbiq) üzərində istifadəçilərə (bundan sonra – İstifadəçi) göstərilən xidmətlər zamam toplanan, emal edilən və qorunan fərdi məlumatlara dair prinsipləri tənzimləyir. Tətbiqdən istifadə etməzdən əvvəl bu Siyasətlə tanış olmaq vacibdir.

1. Fərdi məlumatların toplanması

eVisit.az xidmətlərinin göstərilməsi üçün aşağıdakı fərdi məlumatlar toplanır:

  • Elektron poçt ünvanı;
  • Mobil nömrə;
  • Bilet sifarişi məlumatları (tədbir/məkan, tarix, ödəniş məbləği);
  • Geolokasiya (obyektə istiqamətlənmə xidmətləri üçün);
  • Paylaşım funksiyaları istifadə olunduqda kontakt məlumatlar.

Bu məlumatlar tətbiqin funksionallığını təmin etmək, istifadə rahatlığı yaratmaq və qanunvericiliyin tələblərinə əməl etmək məqsədi ilə toplanır.

2. Fərdi məlumatların emalı

Toplanan məlumatlar aşağıdakı hallarda istifadə olunur:

  • İstifadəçinin qeydiyyatı və girişinin idarə olunması;
  • Bilet sifarişi və ödəniş proseslərinin təmin olunması;
  • Tədbirin başlanmasından əvvəl xatırlatma və dəyişiklik bildirişlərinin göndərilməsi;
  • WhatsApp, e-poçt və digər kanallar vasitəsilə biletin göndərilməsi;
  • İstifadə üzrə statistik analiz və xidmətin optimizasiyası.

3. Məlumatların paylaşılması

Toplanan fərdi məlumatlar aşağıdakı hallarda üçüncü tərəflərlə paylaşılır:

  • Üzv olduğumuz WhatsApp (Meta), e-poçt sistemləri və ödəniş provayderləri ilə inteqrasiya hallarında;
  • Dövlət orqanlarının qanuni sorğusu olduqda;
  • İstifadəçinin rəsmi razılığı olduqda;
  • İstifadəçi razı olduqda sistem daxilində rəylər və qiymətləndirmələrin paylaşılması şəklində;
  • Tərəfdaş obyekt və xidmət təminatçıları ilə eVisit.az platforması çərçivəsində olan müqavilə öhdəliklərinə əsasən (yalnız müvafiq tədbir və xidmət üzrə).

4. Məlumatların saxlanması və silinməsi

  • İstifadəçi hesabı aktiv olduğu müddətdə məlumatlar saxlanılır;
  • Hesab silindiyi halda, məlumatlar 30 gün ərzində silinir;
  • Silinmə əməliyyatı elektron formatda bərpası mümkün olmayan şəkildə icra olunur.

5. İstifadəçi hüquqları

İstifadəçi aşağıdakı hüquqlara malikdir:

  • Öz məlumatlarına baxmaq;
  • Yanlış və ya natamam məlumatların düzəldilməsini tələb etmək;
  • Məlumatların emalına etiraz bildirmək;
  • Şəxsi məlumatların silinməsini tələb etmək;
  • İstifadəçi şəxsi məlumatlarını və hesabını şəxsi kabinetdəki ayarlar bölməsindən birbaşa silə bilər. Bunun üçün ayrıca sorğu təqdim etməyə ehtiyac yoxdur.

Bu hüquqlardan istifadə etmək üçün [email protected] ünvanına müraciət edilə bilər.

6. Sosial şəbəkə plaginləri

Tətbiq və veb platforma sosial şəbəkə plaginlərini (örnək: “Paylaş”, “Bəyən”) dəstəkləyir. Əgər istifadəçi sosial şəbəkə hesabına daxil olarsa, həmin ziyarət sosial şəbəkə hesabı ilə əlaqələndirilə bilər. İstifadəçi bu cür əlaqəni istəmədikdə, platformaya daxil olmamışdan əvvəl sosial şəbəkə hesabından çıxmalıdır.

7. Kukilər və digər texnologiyalar

Tətbiq istifadə təcrübəsini artırmaq məqsədi ilə kukilər və izləmə texnologiyalarından istifadə edir. Brauzer ayarlarından kukilərin istifadəsi idarə oluna bilər. Kukilərdən imtina etmək mümkündür, lakin bu halda platformanın bəzi funksiyaları tam işləməyə bilər.

8. Dəyişikliklər

Bu Siyasət vaxtaşırı zaman qanunvericiliyin tələblərinə və ya xidmət yeniliklərinə uyğun olaraq yenilənə bilər. Əhəmiyyətli dəyişikliklər barədə əvvəlcədən bildiriş veriləcək.

Sual olarsa, bizimlə əlaqə saxlamağınızı xahiş edirik: [email protected]