AZS həllər
AZS Məktəb
Təhsil müəssisələrində dərs cədvəlinin hazırlanmasını, inventar və otaqların uçotunu, şagird və əməkdaş məlumatlarının, davamiyyətin və kadr əməliyyatlarının idarə edilməsini təmin edən proqram təminatı.
AZS Məktəb
Layihə haqqında
Təhsil müəssisələrində tədris planına uyğun dərs cədvəlinin hazırlanması üçün nəzərdə tutulmuş proqram təminatıdır. Dərs cədvəlinin hazırlanması tədris metodikasına əsasən ən optimal yerləşdirmə üsulu ilə reallaşır. Proqram təminatı inventarların uçotu, sinif, yardımçı otaqlarına nəzarət etmək üçün onlara cavabdeh şəxslərin uçotunun aparılması, valideyn şurasının qeydiyyatı və s. təhsil müəssisəsində qarşılaşılan prosesləri özündə cəmləşdirir. Bu layihənin köməkçi modulu olan AZSJurnal şagirdlərin təhsilinin qiymətləndirilməsi üçün, AZSQeydiyyat isə təşkilatda çalışan əməkdaşların və şagirdlərin şəxsi işinin aparılması və onların davamiyyəti barədə qeydiyyat jurnalıdır. AZSQeydiyyat həmçinin işə qəbul, yerdəyişmə, ezamiyyə, məzuniyyət, həvəsləndirmə, töhmət və s. bu kimi kadrla bağlı əməliyyatların qeydiyyatını aparmağa imkan verir.
Bu istiqamətdə digər layihələr
- AZS İstehsalatİstehsalat və satış müəssisələrində satış, mədaxil, məxaric, maliyyə və hesabat əməliyyatlarının avtomatlaşdırılmış uçotunu təmin edən sistem.
- AZS SAUSatış, anbar və maliyyə əməliyyatlarının avtomatlaşdırılmış uçotunu və idarə edilməsini təmin edən müştəri-server əsaslı proqram təminatı.
- AZS MİSığorta şirkətlərində tibbi sığorta əməliyyatlarının və əlaqəli xidmətlərin avtomatlaşdırılmış uçotunu təmin edən sistem.
- AZS DistributorDərman təyinatları, həkim ödənişləri və statistik məlumatların idarə edilməsini təmin edən sistem.
- AZS RestoranRestoran, kafe, şadlıq evi və digər ixtisaslaşmış müəssisələrdə anbar, kassa, masa və kabinet əməliyyatlarının idarə edilməsini təmin edən proqram təminatı.
- AZS HotelMehmanxana idarəçiliyinin, otaq və qonaq qeydiyyatının, bronlaşdırma, kassa və gündəlik audit əməliyyatlarının avtomatlaşdırılmasını təmin edən proqram təminatı.