Yüklənir
Əsas məzmuna keç

AZS həllər

AZS Hotel

Mehmanxana idarəçiliyinin, otaq və qonaq qeydiyyatının, bronlaşdırma, kassa və gündəlik audit əməliyyatlarının avtomatlaşdırılmasını təmin edən proqram təminatı.

AZS Hotel

Layihə haqqında

Proqram təminatının iş prinsipi mehmanxanaların idarə edilməsinin avtomatlaşdırılmasından ibarətdir. Burada otaq tiplərinin, otaqların və qonaqların qeydiyyatı aparılır. Mehmanxanaya gəlmiş bütün qonaqlar haqqında məlumat bazada qeyd olunur və bununla da qonaqların təkrar gəlişi zamanı əlavə vaxt itkisinin qarşısı alınır. PT otaqların satışının səmərəliliyini artırmaq üçün əvvəlcədən bronlama etmək, otaqların təmizlik və təmir vəziyyətinin qeydiyyatını aparmaq, bununla da istənilən tarixə satıla biləcək hazır otaqların təxmini sayını müəyyən etmək imkanı verir. Proqramda həmçinin bronların ləğv olunması, otaqların dəyişdirilməsi, vaxtından əvvəl çıxış imkanları vardır. Buraya həmçinin kassa və gündəlik audit əməliyyatları daxildir. Bundan başqa müxtəlif baxış sənədləri də mövcuddur.