Digər sahələr

AZS Hotel

 Proqram təminatının iş prinsipi mehmanxanaların idarə edilməsinin avtomatlaşdırılmasından ibarətdir. Burada otaq tiplərinin, otaqların və qonaqların qeydiyyatı aparılır. Mehmanxanaya gəlmiş bütün qonaqlar haqqında məlumat bazada qeyd olunur və bununla da qonaqların təkrar gəlişi zamanı əlavə vaxt itkisinin qarşısı alınır. PT otaqların satışının səmərəliliyini artırmaq üçün əvvəlcədən bronlama etmək, otaqların təmizlik və təmir vəziyyətinin qeydiyyatını aparmaq, bununla da istənilən tarixə satıla biləcək hazır otaqların təxmini sayını müəyyən etmək imkanı verir. Proqramda həmçinin bronların ləğv olunması, otaqların dəyişdirilməsi, vaxtından əvvəl çıxış imkanları vardır. Buraya həmçinin kassa və gündəlik audit əməliyyatları daxildir. Bundan başqa müxtəlif baxış sənədləri də mövcuddur.

AZS Naşir 

Ciddi-uçot blankları çap edən mətbəələr üçün nəzərdə tutulmuşdur.

AZS İH 

 İnnovasiya ilə işləyən hər bir insan üçün həyatının sağlam formada davamlı olaraq saxlamasına məsləhət verən və kömək edən proqram təminatı.

 

AZSRadio

 Onlayn yayımlanan radiolara dinləmək üçün proqram təminatı.

AZSArxiv 

 Müəssisə və təşkilatlarda istifadə edilən sənədlərin surətinin çıxardılması, elektron arxivin yaradılması, fiziki arxivin götürülməsi və onlara nəzarət edilməsi, hesabat, axtarış kimi funksiyaları özündə cəmləşdirən proqram təminatıdır.

AZS Məktəb 

 Təhsil müəssisələrində tədris planına uyğun dərs cədvəlinin hazırlanması üçün nəzərdə tutulmuş proqram təminatıdır. Dərs cədvəlinin hazırlanması tədris metodikasına əsasən ən optimal yerləşdirmə üsulu ilə reallaşır. Proqram təminatı inventarların uçotu, sinif, yardımçı otaqlarına nəzarət etmək üçün onlara cavabdeh şəxslərin uçotunun aparılması, valideyn şurasının qeydiyyatı və s. təhsil müəssisəsində qarşılaşılan prosesləri özündə cəmləşdirir. Bu layihənin köməkçi modulu olan AZSJurnal şagirdlərin təhsilinin qiymətləndirilməsi üçün, AZSQeydiyyat isə təşkilatda çalışan əməkdaşların və şagirdlərin şəxsi işinin aparılması və onların davamiyyəti barədə qeydiyyat jurnalıdır. AZSQeydiyyat həmçinin işə qəbul, yerdəyişmə, ezamiyyə, məzuniyyət, həvəsləndirmə, töhmət və s. bu kimi kadrla bağlı əməliyyatların qeydiyyatını aparmağa imkan verir.

Bu saytda kukilərdən (cookie  – “qurabiyə”. HTTP protokolu tərəfindən dəstəklənən, ölçüsü 4 Kbaytadək olan və istifadəçi haqqında verilənlərdən ibarət olan mətn yazısı)  istifadə edilir. Cookie nədir?