loader

 

AİSTGroup MMC-nin müəllifi olduğu daha bir e-xidmət proaktiv olaraq fəaliyyətə başladı.


AİSTGroup MMC-nin müəllifi olduğu daha bir e-xidmət proaktiv olaraq fəaliyyətə başladı.

            Azərbaycanda yeni proaktiv xidmət istifadəyə verilib. 1 oktyabr 2019-cu il tarixindən sonra doğum haqqında şəhadətnamə almış uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinətin proaktiv qaydada təyinatına başlanılıb. Məlumat üçün bildirək ki, bu ilk proaktiv xidmət deyil. Belə ki, 1 yanvar 2019-cu il tarixindən sonra ilk dəfə olaraq yaşa görə əmək pensiyalarının proaktiv qaydada təyinatına başlanılmışdır. 1 aprel 2019-cu il tarixindən etibarən isə əlilliyə görə pensiya təyinatının proaktiv qaydada təyinatı həyata keçirilir. AİSTGroup MMC şirkəti tərəfindən reallaşdırılan bu layihələr vətəndaşlar tərəfindən rəğbətlə qarşılanmışdır.

            Uşağın anadan olmasına görə müavinətin proaktiv qaydada təyinatı mexanizminin reallaşdırılması məqsədilə bir neçə informasiya sisteminə inteqrasiya işləri həyata keçirilmişdir. Uşağa doğum haqqında şəhadətnamə verildikdən sonra müvafiq məlumatlar Ədliyyə Nazirliyinin informasiya sistemində toplanılır. Ədliyyə Nazirliyi tərəfindən təqdim edilmiş veb servislər vasitəsilə doğum haqqında şəhadətnamə almış uşaqlar barədə məlumatlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə ötürülür. Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial ödənişlər altsistemi tərəfindən bir neçə informasiya sistemi ilə yoxlamalar aparılır. İlkin olaraq uşağın valideynlərinin həyatda olub-olmaması müvafiq veb servislə yoxlanılır. Valideynlərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, əmək müqaviləsi əsasında işləməsi kimi məlumatlar sistem tərəfindən avtomatlaşdırılmış qaydada toplandıqdan sonra məlumatların emalı həyata keçirilir. Emal zamanı uşağın doğulduğu tarixə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş müavinət məbləği, valideynləri məlumatlandırmaq üçün əlaqə məlumatları müəyyənləşdirilir. Təyinat aparıldıqdan sonra valideynin əlaqə vasitələrindən birinə bildiriş göndərilir. Bildirişdə müavinətin məbləği, müavinəti əldə edəcəyi ödəniş müəssisə barədə məlumatlar əks olunur.

            Son addım olaraq avtomatlaşdırılmış təyinat edilmiş şəxslərin ödənişləri ödəniş müəssisələrinə göndərilir. Vətəndaş bank filialına yaxınlaşaraq, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə ödənişi əldə edir.

         Proaktiv təyinat mexanizmi artıq vətəndaşın heç bir sənəd toplamadan, ümumiyyətlə müraciət etməsinə ehtiyac qalmadan hüququnun sistem tərəfindən müəyyənləşdirilməsini və nəticəsinin təqdim edilməsini təmin edir.

       AİSTGroup şirkəti olaraq informasiya sistemlərinin qurulması, proqram təminatlarının hazırlanması zamanı şəffaflığın artırılması, məmur-vətəndaş kontaktının aradan qaldırılması, vətəndaşların bəzən bilmədiyi hüquqlarının avtomatlaşdırılmış qaydada tanıdılması, idarəetmənin optimallaşdırılması, proseslərin sadələşdirilməsini daim hədəf kimi diqqətdə saxlayırıq.

Növbəti xəbər

e-sosial mobil tətbigi