Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanına əsasən, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və vətəndaş məmnuniyyətinin təmin olunması məqsədilə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılmışdır.
Sistemin əsas məqsədləri:

  • Əlilliyin təyin olunması prosesinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması;
  • Vətəndaş müraciətlərinə operativ və şəffaf qiymət verilməsi;
  • Tibbi və sosial reabilitasiya xidmətlərinin vahid platformadan idarə olunması;
  • Bütün diaqnostik və tibbi məlumatların elektron inteqrasiyası əsasında qərarların qəbul olunması.

TSERAS sisteminin funksiyaları aşağdakılardır;

  • Mərkəzləşdirilmiş elektron müraciətlərin qəbulu və qeydiyyatı;
  • Tibb müəssisələri tərəfindən elektron göndərişlərin daxil edilməsi;
  • Tibbi sənədlərin və məlumatların real vaxtda emalı və təhlili;
  • Əlillik dərəcəsinin, səbəbinin və müddətinin avtomatik təyini;
  • Reabilitasiya tədbirlərinin planlaşdırılması və elektron izlənməsi;
  • Vətəndaşlara SMS və e-mail bildirişlər ilə məlumatlandırma.