Əmək müqaviləsi sistemi

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə”Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 2014-cü il tarixli, 100 nömrəli Fərmanına əsasən yaradılmış "Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemi" - Əmək müqaviləsi bildirişinin formaları və həmin bildirişin elektron informasiya sisteminə (EİS) daxil edilməsi, əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda, əmək müqaviləsi bildirişi və müvafiq əlavələrdə onların formaları, bildirişlərin və onlarla bağlı məlumatların real vaxt rejimində əldə olunması və s. qaydalar əksini tapır. EİS vasitəsilə bu qaydalarla müəyyən edilmiş əmək müqaviləsi bildirişlərinə və məlumat formalarına qeyri-müəyyən məlumatların daxil edilməsinə məhdudiyyətlər qoyulur və sistem tərəfindən məlumat qəbul edilmədikdə, bununla bağlı dərhal müvafiq məlumat göstərilir. Sistemdə qeydiyyata alınmış məlumatların məlumat bazasında saxlanılması müddəti məhdudlaşdırılmır.
Son illərdə tətbiq olunan Əmək Müqaviləsi Bildirişinin Elektron İnformasiya Sistemi əmək bazarı iştirakçılarının hüquq və mənafelərinin təminatında, əmək bazarının tənzimlənməsi prosesində innovativ yanaşmalardan irəli gələn səmərəli vasitə olmaqla, dünyanın qabaqcıl təcrübələri sırasındadır. Şirkətin layihəsi– "Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi" informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində Azərbaycanın uğurlu təcrübəsi kimi BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Çempion layihə” mükafatına layiq görülmüşdür. Bu, Azərbaycan İKT-nin uğurlu tətbiqi sahəsində layiq görüldüyü ilk BTİ mükafatıdır, mükafat 2017-ci ilin 13 iyun tarixində BTİ-nin Cenevrə şəhərində keçirilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” tədbirində təşkilatın Baş Katibi tərəfindən təqdim olunmuşdur. 

Pensiya sistemi

Azərbaycan Respublikasında pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanun əsasında tənzimlənir. Bu sistem əmək fəaliyyəti dövründə sosial sığorta haqları ödəyən şəxslərə müəyyən yaşa çatdıqda və ya müəyyən sosial risklər baş verdikdə maddi təminat verilməsi üçün nəzərdə tutulur. Əsas məqsəd əmək qabiliyyəti olmayan vətəndaşların sosial müdafiəsini təmin etmək və sosial ədaləti qorumaqdır.

Əsas xüsusiyyətlər:

  • Sistem fərdi uçot prinsiplərinə əsaslanır və vətəndaşların sosial sığorta kapitalı üzərindən pensiya hüququ formalaşır;
  • Əmək pensiyaları yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə olmaqla 3 əsas növdə təqdim olunur;
  • Son illərdə elektron pensiya təyinatı sistemi tətbiq olunub və artıq bir çox hallarda pensiyalar avtomatik olaraq, vətəndaş müraciət etmədən təyin edilir.

Əlillik informasiya sistemi

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanına əsasən, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və vətəndaş məmnuniyyətinin təmin olunması məqsədilə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılmışdır.
Sistemin əsas məqsədləri:

  • Əlilliyin təyin olunması prosesinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması;
  • Vətəndaş müraciətlərinə operativ və şəffaf qiymət verilməsi;
  • Tibbi və sosial reabilitasiya xidmətlərinin vahid platformadan idarə olunması;
  • Bütün diaqnostik və tibbi məlumatların elektron inteqrasiyası əsasında qərarların qəbul olunması.

TSERAS sisteminin funksiyaları aşağdakılardır;

  • Mərkəzləşdirilmiş elektron müraciətlərin qəbulu və qeydiyyatı;
  • Tibb müəssisələri tərəfindən elektron göndərişlərin daxil edilməsi;
  • Tibbi sənədlərin və məlumatların real vaxtda emalı və təhlili;
  • Əlillik dərəcəsinin, səbəbinin və müddətinin avtomatik təyini;
  • Reabilitasiya tədbirlərinin planlaşdırılması və elektron izlənməsi;
  • Vətəndaşlara SMS və e-mail bildirişlər ilə məlumatlandırma.

Sosial ödənişlər sistemi

Sosial Ödənişlər Sistemi, Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanunu və digər müvafiq normativ hüquqi aktlara əsaslanaraq hazırlanmış, sosial təqaüdlərin, kompensasiyaların və müavinətlərin təyinatı, ödənilməsi və proqnozlaşdırılması proseslərini rəqəmsal şəkildə idarə edən informasiya sistemidir.
Sistemin əsas məqsədi:

  • Sosial ödənişlərin elektron şəkildə təyinatını və ödənilməsini təmin etmək;
  • Müraciətlərin mərkəzləşdirilmiş şəkildə araşdırılması və qərarların verilməsi prosesini avtomatlaşdırmaq;
  • Əlaqədar dövlət qurumları arasında real vaxt rejimində məlumat mübadiləsini təmin etmək.

Əsas funksiyalar elektron ərizə formalarının doldurulması və sənədlərin yüklənməsi, ərizələrin statusuna nəzarət və qərarların verilməsi, ödənişlərin avtomatik hesablanması və proqnozlaşdırılması, müavinətlərin və təqaüdlərin elektron təsdiqi və ödənilməsidir.

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya

Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanına əsasən yaradılmış "Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi"

Ünvanlı yardım informasiya sistemi

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli, 477 nömrəli Fərmanına əsasən, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və sosial yardım proseslərinin şəffaflaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılmışdır. VEMTAS-ın tətbiqi, ünvanlı dövlət sosial yardımı prosesinin rəqəmsallaşdırılması, şəffaflığın artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.

Sistemin əsas məqsədləri:

  • Vətəndaşlara ünvanlı dövlət sosial yardımı üçün elektron müraciət imkanı yaratmaq;
  • Müraciətlərin “bir pəncərə” prinsipi ilə qəbulunu təmin etmək;
  • Yardımın təyinatı və verilməsi proseslərini avtomatlaşdırmaq və şəffaflaşdırmaq;
  • İstifadəçi məlumatlarının real vaxt rejimində müxtəlif dövlət qurumlarının informasiya sistemləri vasitəsilə yoxlanılmasını təmin etmək.

Sosial sığorta sistemi

"Sosial sığorta haqqında" və " Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanunlara əsasən qurulmuş "Sosial sığorta sistemi" – vətəndaşların əmək fəaliyyəti dövründə dövlətə ödədikləri sığorta haqları əsasında onların əmək qabiliyyətini itirdikdə, pensiya yaşına çatdıqda, xəstəlik, analıq, bədbəxt hadisə, ölüm və digər sosial risklər zamanı maddi təminat almasını təmin edən dövlət mexanizmidir. Bu sistem, Azərbaycan Respublikasında "Sosial sığorta haqqında" və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunlara əsasən fəaliyyət göstərir.

Əsas xüsusiyyətləri - vətəndaşları sosial risklərdən qorumaq; əmək pensiyalarının və müavinətlərin maliyyələşdirilməsini təmin etmək; sosial təminat sisteminin davamlı və şəffaf işləməsinə şərait yaratmaqdır.

 Sistemin əsas komponentləri - sığortaolunanlar (işləyən şəxslər - işçilər, sahibkarlar və s.), sığortaedənlər (işəgötürənlər və digər ödəyicilər), sığorta haqları (maaşdan müəyyən faizlə tutulur və Dövlət Sosial Müdafiə Fonduna köçürülür), fərdi uçot (hər vətəndaşın sosial sığorta tarixçəsi elektron qaydada aparılır) sistemin əsas komponentləridir.

Sosial müavinətlər sistemi

"Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə uyğun qurulmuş "Sosial müavinətlər sistemi"

Məşğulluq sistemi

Məşğulluq Sistemi, Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanunu (24 avqust 2018-ci il tarixli, 233 nömrəli Fərman) və digər müvafiq normativ hüquqi aktlara əsaslanaraq hazırlanmış, işsiz və işaxtaran şəxslərin qeydiyyatı, məşğulluq tədbirlərinin təşkili və idarə olunması proseslərini rəqəmsal şəkildə idarə edən informasiya sistemidir.

Sistemin əsas məqsədi:

  • İşsiz və işaxtaran şəxslərin elektron şəkildə qeydiyyatını və məlumatlarının idarə olunmasını təmin etmək
  • Məşğulluq tədbirlərinin, o cümlədən peşə hazırlığı, təlim və təkrar təhsil proqramlarının mərkəzləşdirilmiş şəkildə planlaşdırılması və icrasını avtomatlaşdırmaq
  • Əlaqədar dövlət qurumları və işəgötürənlər arasında real vaxt rejimində məlumat mübadiləsini təmin etmək.

Elektron ərizə formalarının doldurulması və sənədlərin yüklənməsi, ərizələrin statusuna nəzarət və qərarların verilməsi, məşğulluq tədbirlərinin və proqramlarının planlaşdırılması və icrası sistemin əsas funksiyalardır.

Elektron Müraciət və Təyinat sistemi

Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2015-ci il il tarixli, 477 nömrəli Fərmanına əsasən yaradılmış "Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi"

Miqrasiya sistemi

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən iş icazəsinin verilməsi prosedurana uyğun müraciətlərin qəbul edilməsi və qərarların verilməsi məqsədilə hazırlanmış "Miqrasiya sistemi"

Mərkəzləşdirilmiş İnformasiya sistemi

1 fevral 2005-ci il 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə uyğun olaraq "Mərkəzləşdirilmiş İnformasiya sistemi"nin yaradılması - Məcburi köçkünlərin məlumatlarının mərkəzləşdirilmiş şəkildə toplanması, idarə olunması və digər dövlət qurumları ilə inteqrasiyanın təmin edilməsi prosesidir.

Əsas funksiyalar:

  • Məcburi köçkünlərin şəxsi məlumatlarının qeydiyyatı və idarə olunması;
  • Sosial müavinətlərin və digər güzəştlərin elektron şəkildə hesablanması;
  • Məskunlaşma yerlərinin və yerdəyişmələrin izlənilməsi;
  • Digər dövlət qurumları ilə məlumat mübadiləsinin təmin edilməsi.

Sanatoriya-kurort informasiya sistemi

"Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tibb müəssisələrindən sanator-kurort müalicəyə göndəriş almış şəxslərin tibbi qeydiyyat sənədlərinin elektron uçotu üçün nəzərdə tutulmuşdur.

Sanatoriya-Kurort İdarəetmə Sistemi

“Sanatoriya-Kurort İdarəetmə Sistemi”, imtiyazlı şəxslərin sanatoriya-kurort yollayışlarının mərkəzləşdirilmiş şəkildə idarə olunmasını və növbəlilik prinsipi əsasında xidmət əldə etməsini təmin etmək məqsədilə yaradılmışdır.

Əsas funksiyalar:

  • Məlumatların mərkəzləşdirilməsi: İmtiyazlı şəxslərin sanatoriya-kurort yollayışları ilə bağlı məlumatların vahid platformada toplanması və idarə olunması;
  • Növbəlilik prinsipi: İmtiyazlı şəxslərin növbəlilik prinsipi əsasında sanatoriya-kurort yollayışları ilə təmin olunması;
  • İnteqrasiya: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi ilə inteqrasiya olunma;
  • Proaktiv xidmətlər: İmtiyazlı şəxslərə sanatoriya-kurort yollayışlarının operativ şəkildə təyinatı və digər sosial xidmətlərin proaktiv şəkildə göstərilməsi.

Tapşırıqlar sistemi

İdarəetmə orqanlarında tapşırıqların icrasının izlənilməsi, xəbərdarlıqların və bildirişlərin verilməsi, iş yükünün bölüşdürülməsinə nəzarət sistemi olan "Tapşırıqlar sistemi"

Tapşırıqların izlənməsi

Qurum üzrə Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin, Nazirliyin kollegiyasının aktları və yuxarı dövlət orqanlarının tapşırıqlarının icrasını təmin etmək məqsədi ilə mərkəzləşdirilmiş qaydada elektron nəzarəti həyata keçirmək üçün nəzərdə tutulmuşdur

Reabilitasiya sistemi

Reabilitasiya müəssisələrinin fəaliyyətini təşkil edilməsi, mal-material uçotunun aparılmasını təmin edən "Reabilitasiya sistemi"

Yardım informasiya sistemi

“Yardım İnformasiya Sistemi” -  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən hazırlanmış rəqəmsal platformadır.
Sistem pandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə yaradılmış və işsiz şəxslərin elektron qaydada qeydiyyatı, uyğunluqların yoxlanılması və avtomatlaşdırılmış qərarların verilməsi funksiyalarını özündə birləşdirmişdir. Nəticədə minlərlə vətəndaşın qısa müddətdə birdəfəlik maddi yardımla təmin olunmasına şərait yaradılmış, şəffaflıq və operativlik prinsiplərinə əsaslanaraq dövlətin sosial müdafiə strategiyasına mühüm töhfə vermişdir.
Əsas imkanlar:

  • Müraciətlərin elektron qəbulu və email;
  • Dövlət informasiya sistemləri ilə inteqrasiya (Dövlət Reyestri, Əmək müqaviləsi bildirişləri və s.);
  • Birdəfəlik ödəmə üçün avtomatlaşdırılmış yoxlama və təsdiqləmə mexanizmi;
  • Bank və poçt sistemləri ilə inteqrasiya olunmuş ödəniş funksiyası;
  • Geniş analitik və hesabat imkanları .

Birdəfəlik ödəniş sistemi

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və ya hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur.

Sistemin əsas funksiyaları:

  • Elektron müraciətlərin qəbulu: Vətəndaşlar sistem vasitəsilə şəhid hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığını yoxlaya bilərlər;
  • Avtomatlaşdırılmış yoxlama: Sistem, müraciət edən şəxslərin hüququnu avtomatik olaraq yoxlayır və nəticəni təqdim edir;
  • Ödənişin təyinatı və çatdırılması: Əgər müraciət edən şəxs birdəfəlik ödəmə üçün uyğun hesab olunursa, sistem tərəfindən müvafiq qərar qəbul edilir və ödəniş bank və ya poçt vasitəsilə həyata keçirilir;
  • Hüquqi sənədlərin idarə olunması: Sistem, notariat kontorlarından alınan vərəsəlik hüququnu təsdiq edən sənədlərin və digər zəruri məlumatların idarə olunmasını təmin edir.

Qəbul otağı

Azərbaycan Respublikasının Prezidentinin 12 noyabr 2015-ci il tarixli, 672 nömrəli Fərmanı ilə tətbiq edilmiş "Vətəndaşların müraciətləri haqqında" Qanuna əsasən yaradılmış "Qəbul otağı sistemi"

Maliyyə planlaşdırması

Büdcə təşkilatlarında maliyyə əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş, proqram təminatıdır. Proqram təminatı proqnozun verilməsi, smetanın hazırlanması, təsdiq olunmuş smetanın yerləşdirilməsi, aylıq, rüblük bölgülərin aparılması və s. maliyyələşmə əməliyyatlarının aparılması imkanı verir.

Yoxlamalar informasiya sistemi

“ Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sahibkarlıq subyektlərində aparılan yoxlamaların elektron uçotunun aparılması üçün nəzərdə tutulmuşdur. “Yoxlama–Araşdırma” Elektron İnformasiya Sistemi, insan həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından daxil olmuş konkret faktlara əsaslanan müraciətlərin, sahibkarın plandankənar yoxlama aparılması barədə müraciətinin, sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın icra vəziyyətinin yoxlanılmasına dair uçotun aparılmasını təmin etmək məqsədilə yaradılmışdır.

Övladlığa götürmə sistemi

Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılmışdır.

Sistemin əsas funksiyaları:

  • Elektron müraciətlərin qəbulu: Valideyn-namizədlər notariat orqanlarında ərizə verdikdən sonra, “e-sosial.az” portalında şəxsi kabinet yaradaraq müraciətlərini elektron şəkildə təqdim edə bilərlər;
  • Avtomatlaşdırılmış yoxlama: Sistem, valideyn-namizədlərin və övladlığa götürüləcək uşaqların məlumatlarını avtomatik olaraq yoxlayır və uyğunluq barədə qərar verir;
  • Uçot və nəzarət: Valideyn himayəsindən məhrum olmuş uşaqların və övladlığa götürülən uşaqların vahid elektron uçotu aparılır, onların yeni ailələrdəki vəziyyəti monitorinq olunur.

e-Telebe portalı

AİSTGroup MMC tərəfindən hazırlanmış “e-Tələbə” portalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarına əsasən yaradılmışdır. “e-Tələbə” portalı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi prosesini rəqəmsallaşdırmaq və şəffaf şəkildə idarə etmək məqsədilə yaradılmışdır.

Əsas funksiyalar:

  • Elektron müraciət: Tələbələr portal vasitəsilə təhsil haqqı ödənişi üçün müraciət edə bilərlər;
  • Məlumatların yoxlanılması: Müraciət edən şəxsin sosial statusu və digər məlumatları aidiyyəti qurumların informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılır;
  • Təhsil haqqının ödənilməsi: Müraciət təsdiqləndikdən sonra təhsil haqqı ödənişi sistem tərəfindən həyata keçirilir.

Fikir bankı

İnternet istifadəçisi olan hər bir şəxs internet resursunda (portalda, saytda) yerləşdirilmiş "Fikir bankı”na daxil olmaqla saytın mülkiyyətçisinin müəyyən etdiyi sahələrə aid istədiyi təklifi daxil edə bilər. Vətəndaşın verdiyi ideya və təkliflər portalın inzibatçıları tərəfindən dəqiqləşdirilib təsdiqlənir. Bundan sonra təklif portalda əks olunur və təsdiqlənmiş təklifi digər istifadəçilər də görə bilir. Portalın daha da təkmilləşdirilməsinə maraq göstərən istifadəçilər "Fikir bankı” vasitəsilə təklif göndərmək üçün şəxsiyyət vəsiqəsi və ya "Facebook” hesabı ilə autentifikasiyadan keçməlidirlər. Təklif olunan funksionallıqlardan biri də istifadəçilər tərəfindən təklif və rəylərin videoya çəkilərək "Fikir bankı”na göndərilə bilməsidir. "Fikir bankı"na əlavələr digər istifadəçilər tərəfindən bəyənilə və şərh oluna bilər. Beləliklə, siz işlərinizin təşkilinə ictimai fikri aktiv cəlb etmiş olursunuz.

Antidemping rəqəmsal platforması

Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanan bu rəqəmsal platforma Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı araşdırma orqanının həyata keçirdiyi antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsini nəzərdə tutur. Qeyd edilən rəqəmsal platforma vahid konsepsiya üzərindən həyata keçirilir, məlumatların daim nəzarətdə saxlanılmasına şərait yaradır.

Qeyd edək ki, MEİS-in tətbiq edilməsi Dövlət Xidmətində məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsinin rəqəmsal formada aparılmasına imkan yaradacaq, beləliklə vətəndaşların və təsərrufat subyektlərinin dövlət orqanı ilə əlaqələrini daha da optimallaşdıracaq.

Əsas funksiyalar:

  • Məlumatların toplanması və emalı: Antidempinq, kompensasiya və mühafizə tədbirləri ilə bağlı məlumatların mərkəzləşdirilmiş şəkildə toplanması və emalını təmin edir;
  • Sorğuların və bildirişlərin göndərilməsi: Araşdırma orqanı tərəfindən həyata keçirilmiş tədbirlərlə bağlı sorğuların və bildirişlərin göndərilməsi funksiyasını yerinə yetirir;
  • İnteqrasiya: Müvafiq dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiya olunaraq məlumat mübadiləsini asanlaşdırır.

 

e-ttkf.edu.az portalı

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na əsasən hazırlanmış "e-ttkf.edu.az portalı";

Güzəştlərin idarəedilməsi sistemi

“Güzəştlərin İdarəedilməsi Sistemi”, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi prosesini rəqəmsallaşdırmaq və şəffaf şəkildə idarə etmək məqsədilə yaradılmışdır.

Əsas funksiyalar:

  • Elektron müraciət: Tələbələr portal vasitəsilə təhsil haqqı ödənişi üçün müraciət edə bilərlər;
  • Məlumatların yoxlanılması: Müraciət edən şəxsin sosial statusu və digər məlumatları aidiyyəti qurumların informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılır;
  • Təhsil haqqının ödənilməsi: Müraciət təsdiqləndikdən sonra təhsil haqqı ödənişi sistem tərəfindən həyata keçirilir.

Təbii qazın satın alınması sistemi

“Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2021-ci il tarixli 513 nömrəli Qərarına uyğun hazırlanmış "Təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışı üzrə informasiya sistemi";

Mənşə sertifikatı alt modulu

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən malın mənşə ölkəsini təsdiq edən və sazişin iştirakçısı olan dövlətin milli qanunvericiliyinə müvafiq olaraq sertfikatının verilməsi üçün elektron formada müraciətin qəbul edilməsi, qiymətləndirilməsi və çarpaz yoxlamaların keçirilməsi kimi funksionallıqları özündə ehtiva edən “Mənşə sertifikatı” informasiya sistemi yaradılmışdır.

Əsas funksiyalar:

  • Elektron müraciət: Sahibkarlar mənşə sertifikatı üçün müraciətləri onlayn şəkildə təqdim edə bilərlər;
  • Çarpaz yoxlamalar: Müraciət edən şəxsin təqdim etdiyi məlumatlar müvafiq dövlət qurumlarının informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılır;
  • Sertifikatların verilməsi: Təsdiqlənmiş müraciətlər əsasında mənşə sertifikatları elektron formada verilir;
  • Reyestr və arxiv: Verilmiş sertifikatlar sistemdə qeydiyyata alınır və arxivləşdirilir, bu da onların izlənməsini və yoxlanmasını asanlaşdırır.

Monitorinq modulu

“Monitorinq” Elektron İnformasiya Sistemi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəqabət (antiinhisar) siyasətinin və nəzarətinin həyata keçirilməsi çərçivəsində qiymətlərin artımına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması və antiinhisar qanunvericiliyinin pozulması əlamətlərinin araşdırılması zamanı müvafiq təhlillərin aparılması məqsədilə hər bir əmtəə bazarı üzrə aparılmış monitorinqlərin uçotunun aparılmasını təmin etmək məqsədilə yaradılmışdır.

Əsas funksiyalar:

  • Əmtəə bazarlarının monitorinqi: Hər bir əmtəə bazarı üzrə qiymət dəyişikliklərinin və rəqabət mühitinin monitorinqinin aparılması;
  • Məlumatların toplanması və təhlili: İnhisarlaşma, rəqabətin məhdudlaşdırılması və digər antiinhisar qanunvericiliyinin pozulması əlamətlərinin təhlili üçün məlumatların toplanması və analiz edilməsi;
  • Uçot və hesabatlılıq: Aparılmış monitorinqlərin nəticələrinin sistemdə qeydiyyata alınması və hesabatların hazırlanması.

Təbii İnhisarlar və Antiinhisar Nəzarəti Sistemi

“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektləri tərəfindən dövlət nəzarətində olan hərəkətlərlə bağlı razılıq almaq üçün müraciətə baxılma və bununla əlaqədar müvafiq sənəd və məlumatın təqdim olunması Qaydası”na uyğun olaraq qurulmuş “Təbii İnhisarlar və Antiinhisar Nəzarəti” elektron informasiya sistemi icra edilmişdir.

Bu sistem, dövlət orqanlarının daxili nəzarət funksiyalarını avtomatlaşdırmaq, müraciətlərin idarə olunmasını asanlaşdırmaq, araşdırmaların effektivliyini artırmaq və nəzarət proseslərində şəffaflığı təmin etmək məqsədilə hazırlanmış rəqəmsal platformadır.

Əsas funksiyalar:

  • Müraciətlərin idarə olunması: Vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin qeydiyyatı, yönləndirilməsi və cavablandırılması proseslərinin avtomatlaşdırılması;
  • Araşdırma və nəzarət: Daxili nəzarət tədbirlərinin planlaşdırılması, icrası və nəticələrinin izlənilməsi;
  • Hesabatlılıq: Daxili nəzarət fəaliyyətləri üzrə statistik məlumatların və hesabatların hazırlanması;
  • İnteqrasiya: Digər dövlət informasiya sistemləri ilə məlumat mübadiləsinin təmin olunması.

Vahid Nəzarət Platforması

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçün Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması

Scada sistemi

Elektromexanika avadanlıqlarının avtomatikası və telemexanikası işləri üçün "Scada sistemi" və serverlərin qurulması

Sorğu platforması

Kütləvi və ünvanlanmış formada sorğuların təşkili məqsədini daşıyan bir sistemdir. Bu platforma, mobil əlavələr və keçirilmiş sorğuların nəticələri üzrə sistemli təhlili əks etdirən portalı özündə birləşdirir. Layihənin məqsədi, vətəndaşların və digər maraqlı tərəflərin müxtəlif mövzularda fikirlərini toplamaq və bu məlumatları təhlil edərək qərar qəbul etmə prosesini dəstəkləməkdir.

Baytarlıq xidməti

Qida təhlükəsizliyi sahəsində “Yoxlamalar və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olmaq istəyən fiziki şəxslərin uçotu” sisteminin qurulması;

Əsas funksiyaları:

  • Fərdi baytarlıq xidməti praktikası ilə məşğul olmaq istəyən fiziki şəxslərin qeydiyyatı və uçotu;
  • Baytarlıq tədbirlərinin, o cümlədən heyvanların identifikasiyası, xəstəliklərin diaqnostikası və profilaktikası ilə bağlı məlumatların idarə olunması;
  • Yoxlamaların planlaşdırılması, icrası və nəticələrinin rəqəmsal şəkildə qeydə alınması;
  • Sistem, Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya olunmuşdur və digər dövlət informasiya ehtiyatları ilə məlumat mübadiləsini təmin edir;
  • Sistemin təhlükəsizliyi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti ilə birlikdə təmin olunur.

İşə İcazə Sistemi

İstehsalat sahələri üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərini, çevik nəzarəti təmin edilməsi üçün “İşə İcazə Sistemi"

Tibbi Arayış və Statistik Kart Sistemi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçün Stasionardan çıxanın statistik kartası TQS № 066 və Sürücülüyə yararlı olmaq barədə tibbi arayış TQS № 083 verilməsi üzrə proqram təminatı - Layihənin məqsədi tibbi arayışların elektronlaşdırılması və statistik məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasıdır. Sistem vasitəsilə vətəndaşlar, müxtəlif tibbi arayışlardan əlavə, bu arayışlar arasında işə qəbul olunanlar, ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında arayış, sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında arayışları da elektron formada əldə edə bilərlər.

Tibbi Tullantıların Uçot Sistemi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçün hazırlanmış “Tibbi Tullantıların Uçot Sistemi” ölkədə tibbi tullantıların idarə olunması sahəsində aparılan islahatlara və rəqəmsallaşma təşəbbüslərinə mühüm töhfə verir. Bu sistem tullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi proseslərinin effektiv və şəffaf şəkildə idarə olunmasını təmin edir.

Sistemin əsas funksiyaları:

  • Tibbi tullantıların uçotu və idarə olunması: Tullantıların yaranma mənbələri, növləri və miqdarları barədə məlumatların toplanması və idarə olunması;
  • Təkrar emal və zərərsizləşdirmə proseslərinin izlənməsi: Tullantıların təkrar emalı və zərərsizləşdirilməsi mərhələlərinin monitorinqi və hesabatların hazırlanması;
  • Elektron məlumat bazasının yaradılması: Tullantıların idarə olunması ilə bağlı məlumatların mərkəzləşdirilmiş elektron bazada saxlanılması və idarə olunması;
  • Əlaqəli dövlət qurumları ilə inteqrasiya: Sistem, Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya olunmuşdur və digər dövlət informasiya ehtiyatları ilə məlumat mübadiləsini təmin edir.

Kök Hüceyrə Donorları Uçot Sistemi

Milli Hematologiya və Transfuziologiya Mərkəzi “Kök hüceyrəsi donorları ilə işlərin təşkili istiqamətində uçot sistemi" - müqaviləyə əsasən proseslər üzrə biznes analizin aparılması, funksional tələblərin formalaşdırılması, qurulacaq altsistemlərə dair prototip/dizaynların hazırlanması, kök hüceyrəsi donorların qeydiyyatı altsisteminin qurulması, laboratoriyaların nəticələrinin işlənilməsi altsisteminin qurulması, hesabatlılıq altsisteminin qurulması, inteqrasiyaların edilməsi, müraciətlərin qəbulu sistemindən istifadə hüququnun verilməsi, sorğuların emalı altsisteminin qurulması, məlumatların aktuallığın təmin edilməsi altsisteminin qurulması, məlumtlandırma altsisteminin (200 min sms bildiriş hesabı ilə) qurulması və axının idarə edilməsi sistemindən istifadə hüququnun verilməsi işləri görülmüşdür. 

Donor İdarəetmə Sistemi

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi üçün Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya sistemi - müqaviləyə əsasən proseslər üzrə biznes analizin aparılması, funksional tələblərin formalaşdırılması, Vahid dövlət informasiya bazası üzrə prototip/dizaynların hazırlanması, vahid dövlət informasiya bazasının qurulması, hesabatlılıq sisteminin qurulması, reyestrlərin formalaşdırılması, Inteqrasiyaların edilməsi, müraciətlərin qəbulu sistemindən istifadə hüququnun verilməsi, məlumatların aktuallığın təmin edilməsi sisteminin qurulması, məlumtlandırma sisteminin (200 min SMS bildiriş hesabı ilə) qurulması, axının idarə edilməsi sistemindən istifadə hüququnun verilməsi kimi işlər həyata keçirilmişdir.

Sosial Müavinətlər (haqq-hesab) Sistemi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun qurulmuş "Sosial müavinətlər sistemi” -  məcburi dövlət sosial sığortası çərçivəsində sığortaolunan şəxslərə müxtəlif hallarda müavinətlərin hesablanması və ödənilməsi proseslərini tənzimləyir.

Müavinət Növləri:

  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət;
  • Hamiləliyə və doğuma görə müavinət;
  • Uşağın anadan olmasına görə birdəfəlik müavinət;
  • Uşağa qulluqla əlaqədar müavinət;
  • Dəfn üçün müavinət;
  • Sanatoriya-kurort müalicəsi üzrə xərclərin ödənilməsi.

Himayədar Ailə İnformasiya Sistemi

Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2022-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Himayədar ailə" qayğı modeli üzrə idarəetmə və xidmətlərin elektron infrastruktur üzərindən həyata keçirilməsi məqsədilə “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi təkmilləşdirilmişdir. 
Sistemin əsas funksiyaları:

  • Elektron müraciətlərin qəbulu: Himayədar ailə olmaq istəyən şəxslər elektron sistem vasitəsilə müraciət edə bilərlər;
  • Avtomatlaşdırılmış qiymətləndirmə: Müraciət edən şəxslərin uyğunluğu sistem tərəfindən avtomatik olaraq qiymətləndirilir;
  • Uçot və nəzarət: Himayədar ailəyə verilmiş uşaqların və himayədar ailələrin vahid elektron uçotu aparılır.

İnteqrasiya: Sistem, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) ilə inteqrasiya olunmuşdur. 

Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə

Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2020-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi yaradılmışdır. Bu sistemin məqsədi, hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə ilə bağlı məlumatların sistemləşdirilməsi, dövlət informasiya ehtiyatları arasında məlumat mübadiləsinin səmərəliliyinin artırılması və əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın təmin edilməsidir.

Sistemin əsas funksiyaları:

  • Elektron sənəd dövriyyəsi: Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları tərəfindən rəsmiləşdirilmiş sənədlərin elektron şəkildə sistemə daxil edilməsi;
  • Məlumatların sistemləşdirilməsi: Toplanan məlumatların xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə sistemləşdirilməsi;
  • Məlumat mübadiləsi: Dövlət informasiya ehtiyatları və sistemləri arasında müvafiq məlumat mübadiləsinin təmin edilməsi;
  • Şəffaflıq və nəzarət: Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və nəzarətin gücləndirilməsi.

Sistemdə - Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının altsistemə çıxışı təmin edilmişdir, dövlət sirri və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün tədbirlər görülmüşdür və Altsistem, Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuşdur. 

Qeytkipinq İnformasiya Sistemi

“Qeytkipinq İnformasiya Sistemi” - sosial xidmətlərə müraciət edən şəxslərin ehtiyaclarının ilkin qiymətləndirilməsi və onların uyğun sosial xidmətlərə, yardım proqramlarına, reabilitasiya və ya müvafiq dəstək qurumlarına yönləndirilməsini təmin etmək məqsədilə hazırlanmışdır. Sistem, resursların səmərəli idarə olunmasını və xidmətlərin şəffaflığını artırır.

Əsas funksiyalar:

  • Elektron müraciətlərin qəbulu: Vətəndaşlar və ya onların nümayəndələri tərəfindən edilən müraciətlərin elektron şəkildə qəbul edilməsi;
  • İlkin ehtiyacların qiymətləndirilməsi: Müraciət edən şəxslərin sosial xidmətə olan tələbatının mütəxəssislər tərəfindən qiymətləndirilməsi;
  • Uyğun xidmətlərə yönləndirmə: Qiymətləndirmə nəticələrinə əsasən, şəxslərin uyğun sosial xidmətlərə və ya proqramlara yönləndirilməsi;
  • Məlumatların sistemləşdirilməsi: Toplanan məlumatların vahid məlumat bazasında saxlanılması və idarə olunması;
  • Resursların səmərəli idarə olunması: Sosial xidmət resurslarının optimal şəkildə bölüşdürülməsi və istifadəsinin təmin edilməsi.

Maddi-məişət Müayinələrinin İdarəedilməsi

Sistem, ünvanlı dövlət sosial yardıma namizədlərin maddi-məişət şəraitinin müayinələrinin mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin edir. Bu yanaşma, müayinələrin şəffaflığını və operativliyini artırmaqla yanaşı, resursların səmərəli istifadəsinə və qərarların obyektivliyinə zəmin yaradır.

Əsas funksiyalar:

  • Elektron tapşırıqların idarə olunması: ÜDSY üçün müraciət edən ailələrin müayinəsi üzrə tapşırıqların avtomatik şəkildə təyin olunması və izlənməsi;
  • Mobil tətbiq dəstəyi: Sosial müfəttişlər üçün xüsusi mobil tətbiq vasitəsilə müayinələrin aparılması və məlumatların real vaxt rejimində sistemə ötürülməsi;
  • Multimedia qeydləri: Müayinələr zamanı foto, video və səs yazılarının toplanması və gücləndirilmiş elektron imza ilə təsdiqlənməsi;
  • İnteqrasiya: Sistem, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ilə inteqrasiya olunaraq məlumatların sinxronizasiyasını təmin edir;
  • Analitik hesabatlar: Toplanan məlumatların təhlili və qərarların qəbulunu dəstəkləyən hesabatların hazırlanması.

Hərbi Qulluqçuların Dövlət İcbari Sığortası

Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığorta Sistemi -  hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin dövlət icbari şəxsi sığorta proseslərini avtomatlaşdırmaq, uçotun aparılması, ödənişlərin təyinatı və sığorta hadisələrinin idarə olunmasını təmin etmək məqsədilə yaradılmışdır.

Əsas funksiyalar:

  • Elektron qeydiyyat və uçot: Sığorta olunan şəxslərin məlumatlarının mərkəzləşdirilmiş bazada qeydiyyatı və idarə olunması;
  • Sığorta hadisələrinin idarə olunması: Sığorta hadisələrinin qeydiyyatı, təhlili və ödənişlərin təyinatı proseslərinin avtomatlaşdırılması;
  • Ödənişlərin təyinatı və icrası: Sığorta ödənişlərinin proaktiv şəkildə təyin olunması və icrası üçün elektron mexanizmlərin tətbiqi;
  • İnteqrasiya: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi ilə inteqrasiya olunma.

Bank Mübadiləsi Sistemi

 "Bank Mübadiləsi Sistemi" - sosial ödənişlər, pensiyalar və ünvanlı yardımlarla bağlı kart əməliyyatlarının mərkəzləşdirilməsi və banklarla sürətli, dəqiq məlumat mübadiləsinin təmin edilməsi məqsədilə yaradılmışdır.

Əsas funksiyalar:

  • Məlumatların mərkəzləşdirilməsi: Sosial ödənişlərə dair məlumatların vahid platformada toplanması və idarə olunması;
  • Banklarla inteqrasiya: Müxtəlif banklarla real vaxt rejimində məlumat mübadiləsinin təmin edilməsi;
  • Ödənişlərin avtomatlaşdırılması: Sosial ödənişlərin avtomatik şəkildə təyin olunması və icrası;
  • Əməliyyatların izlənməsi: Kart əməliyyatlarının izlənməsi və hesabatların hazırlanması.

Zəfər İnformasiya Sistemi

“Zəfər İnformasiya Sistemi” -  şəhidlər, müharibə veteranları və onların ailə üzvləri haqqında məlumatların mərkəzləşdirilmiş qaydada idarə olunmasını, sosial təminat və digər dəstəklərin şəffaf və operativ şəkildə göstərilməsini təmin etmək məqsədilə yaradılmışdır.

Əsas funksiyalar:

  • Məlumatların mərkəzləşdirilməsi: Şəhidlər, müharibə veteranları və onların ailə üzvləri haqqında məlumatların vahid platformada toplanması və idarə olunması;
  • Sosial dəstəyin təmin edilməsi: Sosial təminat və digər dəstəklərin şəffaf və operativ şəkildə göstərilməsi;
  • İnteqrasiya: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi ilə inteqrasiya olunma;
  • Proaktiv xidmətlər: Müharibə veteranlarına Prezidentin aylıq təqaüdünün operativ şəkildə təyinatı və digər sosial xidmətlərin proaktiv şəkildə göstərilməsi.

Uyğunluğun Qiymətləndirilməsi Sistemi

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 oktyabr tarixli 377 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”, AZS 498-2010 Oxşar məhsulun sertifikatlaşdırma sistemi və AZS 758-2014 Azərbaycan Respublikasının AZS Milli Sertifikatlaşdırma Sistemi, xidmətlərin və işlərin sertifikatlaşdırılması qaydasına uyğun olaraq hazırlanmış “Uyğunluğun Qiymətləndirilməsi” elektron informasiya sistemi;

Uyğunluğu Qiymətləndirən Qurumlar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 215 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası” və həmin tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq, uyğunluğu qiymətləndirən qurumların fəaliyyətini rəqəmsallaşdırmaq və idarəetməni asanlaşdırmaq məqsədilə bu platforma hazırlanmışdır.

Əsas funksiyalar:

  • Elektron sənəd dövriyyəsi: Uyğunluq sertifikatlarının və bəyannamələrinin elektron formada yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi;
  • Reyestr və arxivləşdirmə: Sertifikat və bəyannamələrin reyestrinin aparılması və arxivləşdirilməsi;
  • İnteqrasiya: Digər dövlət informasiya sistemləri ilə inteqrasiya və məlumat mübadiləsinin təmin olunması;
  • Əlçatanlıq: İstifadəçilər üçün məlumatlara asan və sürətli çıxış imkanı.

Metrologiya İnformasiya Sistemi

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən qurulmuş ”Metrologiya”elektron informasiya sistemi yaradılmışdır.

Sistem ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimlənməsinə aid olan proseslərin rəqəmsallaşdırılması, ölçmə vasitələrinin və metodikalarının qeydiyyatı, attestasiyası və monitorinqi, həmçinin müvafiq sertifikatların verilməsi və idarə olunması məqsədilə yaradılmışdır.

Əsas funksiyalar:

  • Ölçmə metodikalarının attestasiyası və tətbiqi: Dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi proseslərinin elektronlaşdırılması;
  • Ölçmə vasitələrinin qeydiyyatı və yoxlanılması: Ölçmə vasitələrinin qeydiyyatı, yoxlanılması, kalibrlənməsi və bu proseslərə dair sertifikatların verilməsi;
  • Sertifikatların idarə olunması: Attestasiya və yoxlama haqqında şəhadətnamələrin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi proseslərinin idarə olunması;
  • Məlumat fondunun təşkili: Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması;
  • Elektron xidmətlərin göstərilməsi: Hüquqi və fiziki şəxslərə ölçmə vasitələrinin yoxlanılması və sertifikatlaşdırılması sahəsində elektron xidmətlərin göstərilməsi.

 

Daxili Nəzarət İnformasiya Sistemi

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı tədbirlərə uyğun olaraq "Daxili Nəzarət İnformasiya Sistemi" dövlət orqanlarının daxili nəzarət funksiyalarını avtomatlaşdırmaq, müraciətlərin idarə olunmasını asanlaşdırmaq, araşdırmaların effektivliyini artırmaq və nəzarət proseslərində şəffaflığı təmin etmək məqsədilə hazırlanmış rəqəmsal platformadır.

Məlumat Mərkəzi İnformasiya Sistemi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 323 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məlumat mərkəzinin yaradılması və fəaliyyət Qaydası”na uyğun olaraq, dövlət orqanlarının informasiya ehtiyatlarının mərkəzləşdirilmiş şəkildə idarə olunması, saxlanılması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Məlumat Mərkəzi” informasiya sistemi qurulmuşdur.

Reyestr Modulu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 215 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası” və həmin tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq, uyğunluq sertifikatları və uyğunluq bəyannamələrinin qeydiyyatının və idarə olunmasının elektronlaşdırılması məqsədilə “Reyestr Modulu” informasiya sistemi hazırlanmışdır.

Akkreditasiya Sistemi

Azərbaycan Respublikasının 'Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında' Qanununa və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, akkreditasiya proseslərinin avtomatlaşdırılmasını təmin etmək məqsədilə Akkreditasiya sisteminin qurulmuşdur. Sistem, müraciətlərin qəbulu, sənədlərin idarə edilməsi və təsdiqi, habelə akkreditasiya qərarlarının verilməsi funksiyalarını rəqəmsallaşdıraraq fəaliyyətin şəffaflığını və operativliyini artırır.

Həkim Sertifikasiya İmtahanı Sistemi

Sistem, həkimlərin sertifikasiya prosesini tam rəqəmsallaşdırmaq, şəffaflıq və əlçatanlığı təmin etmək məqsədilə hazırlanmışdır. Proqram təminatı aşağıdakı əsas modullardan ibarətdir:

  • Şəxsi kabinet: İstifadəçilər “Elektron səhiyyə” portalı və ya “asan login” vasitəsilə sistemə daxil olur, TKVR məlumatları əsasında identifikasiya olunur.
  • İmtahan modulu: İstifadəçilər keçirilmiş imtahan nəticələrinə baxa, yeni imtahana qeydiyyatdan keçə, nəticələrini izləyə bilirlər.
  • Ödəniş inteqrasiyası: Onlayn ödənişlər sistemə inteqrasiya olunaraq istifadəçi təcrübəsini asanlaşdırır.
  • Admin və statistika modulları: İdarəetmə, monitorinq və hesabatların hazırlanması üçün müvafiq imkanlar təqdim olunur.

Sistem tam olaraq Tibbi Kadrların Vahid Reyestri (TKVR) ilə inteqrasiya olunmuş və istifadəyə hazır vəziyyətə gətirilmişdir.

Sovqat informasiya sistemi

Xüsusi kateqoriyadan olan şəxslərin maddi-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzil, avtomobil və maddi yardım təminatını mərkəzləşdirilmiş şəkildə idarə etmək və inteqrasiyalı həlləri özündə ehtiva etmək məqsədilə yaradılmışdır.

Əsas funksiyalar:

  • Məlumatların mərkəzləşdirilməsi: İmtiyazlı şəxslərin mənzil, avtomobil və maddi yardım təminatı ilə bağlı məlumatların vahid platformada toplanması və idarə olunması;
  • Sosial dəstəyin təmin edilməsi: Sosial təminat və digər dəstəklərin şəffaf və operativ şəkildə göstərilməsi;
  • İnteqrasiya: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi ilə inteqrasiya olunma;
  • Proaktiv xidmətlər: Sosial həssas kateqoriyadan olan şəxslərə mənzil, avtomobil və maddi yardım təminatının operativ şəkildə təyinatı və digər sosial xidmətlərin proaktiv şəkildə göstərilməsi.